Dünyanın üçüncü ən böyük avtomobil istehsalçısının satışı azalıb
Stellantis-in satışları əsasən Şimali Amerikada satışların azalması səbəbindən birinci rübdə 9 faiz düşüb.
Dünyanın üçüncü ən böyük avtomobil istehsalçısı olan Stellantis-in 2025-ci ilin birinci rüb üzrə açıqladığı satış rəqəmlərinə görə, şirkətin avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə yanvar-mart dövründə 9 faiz azalaraq 1,2 milyon ədəd olub.
Marja xəbər verir ki, Şirkətin Avropadan sonra ikinci ən əhəmiyyətli bazarı olan Şimali Amerikada satışları 20 faiz azalaraq 325 minə düşüb.
Stellantis bu bölgədəki azalmanı istehsalı yavaşlatan uzun bayram mövsümü ilə əlaqələndirib.
Şirkətin açıqlamasında qeyd olunub ki, mart ayında Şimali Amerika bölgəsindəki müştərilərdən gələn sifarişlər 2023-cü ilin iyul ayından bəri ən yaxşı səviyyədə olub.
Şirkətin ən böyük bazarı olan Avropada satışları 8 faiz azalaraq 568 minə düşüb.
İstehsalçının Çin, Hindistan və Asiya Sakit Okean regionunda satışları eyni dövrdə 20 faiz azalıb, Cənubi Amerikada isə 19 faiz artıb.
Stellantis şirkəti Abarth, Alfa Romeo, Chrysler, Citroën, Dodge, DS, Fiat, Jeep, Lancia, Maserati, Opel, Peugeot, Ram ve Vauxhall markalarının sahibidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
1 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
4 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 14 saat əvvəl
-
18 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
20 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
20 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
20 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
Son Xəbərlər

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
Ən çox oxunanlar

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
