Bank of Baku-nun Müşahidə Şurasının sədri ABA-nı 35 illik yubiley münasibətilə təbrik etdi

Bank of Baku-nun Müşahidə Şurasının sədri Elçin İsayev Azərbaycan Banklar Assosiasiyasına 35 illik yubileyi ilə əlaqədar təbriklərini bildirib və ABA-nın bank sektorundakı önəmindən bəhs edib.
Sözügedən mətni sizə təqdim edirik.
Azərbaycan Banklar Assosiasiyasının (ABA) fəaliyyətdə olduğu 35 il ərzində ölkə bankçılığı əhəmiyyətli inkişaf yolu keçərək mühüm nailiyyətlər əldə edib.
ABA ölkənin bütün banklarını bir çətir altında peşəkarlıqla toplayaraq strateji yanaşmaların, sektordaxili əməkdaşlıq mühitinin formalaşdırılması kimi vacib missiyanı öz üzərinə götürüb. Assosiasiya 35 il ərzində banklar arasında sanki körpü rolunu oynayıb, nəticədə, koordinasiyalı fəaliyyətin təmin olunması, ortaq maraqların qorunması və sistemli dialoq mühitinin təşviqinə nail olub. Bir sözlə, ABA ölkəmizin bank sektorunda bir dəyər yaratmaqla özü də əvəzsiz dəyərə çevrilib.
ABA-nın təşəbbüsləri ilə aparılan müzakirələr, hüquqi və tənzimləyici sahələrdə təkliflər paketi ilə çıxış etməsi bank sektorunun yüksələn xəttlə inkişafında geniş imkanlar açıb. İnnovativ xidmətlərin tətbiqi, rəqəmsal transformasiya və maliyyə bazarlarında şəffaflığın artırılması sahəsində də ABA-nın liderlik rolu danılmazdır.
Assosiasiyanın xarici ölkələrin bankları ilə əlaqələri, beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı xarici təcrübələrin öyrənilməsinə xüsusi təkan verib. Dövlət qurumları, ictimai təşkilatlarla sıx əməkdaşlıq isə bank sektorunun ölkə iqtisadiyyatında və cəmiyyətdə fəal iştirakına dəstək olub.
ABA bank sektoru üçün peşəkarların yetişdirilməsində də mühüm rol oynayıb. ABA-nın 25 ildir fəaliyyət göstərən Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkil etdiyi peşəkar təlimlər, ixtisasartırma proqramları və beynəlxalq təcrübə mübadilələri sektor üzrə ümumi peşəkarlıq səviyyəsini daha da yüksəldib.
Bank of Baku olaraq, başda Zakir Nuriyev olmaqla Azərbaycan Banklar Assosiasiyasının əməkdaşlarını 35 illik, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzini isə 25 illik yubiley münasibətilə təbrik edir, ölkənin maliyyə sisteminin inkişafında bundan sonra da qabaqcıl mövqedə olmalarını arzulayırıq.
Hörmətlə,
Elçin İsayev
Bank of Baku ASC-nin Müşahidə Şurasının sədri.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
-
18 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
21 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
