Expressbankda Daun Sindromu Günü keçirilib
(®) Müasir dünyada uğurlu şirkətlərin əsas dəyərlərindən biri inklüzivlik və bərabər imkanların təmin olunmasıdır. Expressbank bu istiqamətdə gördüyü işlərlə cəmiyyətimizin sosial inkişafını daim dəstəkləməyə xidmət edir.
İnklüziv cəmiyyətin qurulması yönündə Bankın atdığı addımlardan biri dəBeynəlxalq Daun Sindromu Günü çərçivəsində həyata keçirilən layihə olub. Expressbank "Qayğı -Sağlam Nəsil Naminə" İctimai Birliyinin nəzdində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin dəstəyi ilə bu xüsusi gündə Daun sindromlu gəncləri baş ofisində qonaq edərək onların iş mühiti ilə tanış olmasına şərait yaradıb. Layihə çərçivəsində gənclər Bankın müxtəlif departamentlərindəki iş proseslərini yaxından izləyib, kollektivlə ünsiyyət quraraq iş dünyası haqqında ilkin praktiki biliklər əldə ediblər.
“Bərabər imkanlar – Fərqli gələcək” şüarı ilə həyata keçirilən layihənin məqsədi bu gənclərin iş dünyasına inteqrasiyasına dəstəyi ifadə etməklə yanaşı, onların maraq sahələrini və karyera istiqamətlərini kəşf etmələrinə təkan vermək olub.
Layihənin yekununda gənclər çay süfrəsinə qonaq olublar. Bankın əməkdaşları ilə yanaşı, həm də rəhbər üzvləri gənclərlə fərdi şəkildə maraqlanaraq onların gələcəyə baxışları ilə bağlı fikirlərini dinləyib. Layihəyə maraq göstərib iştirak edən hər bir gəncə Bank tərəfindən təşəkkürnamə və qacetlər təqdim edilib.
Qeyd edək ki, Expressbank uşaqlara və gənclərə yönəlik sosial məsuliyyətinə hər zaman həssaslıqla yanaşır və bu istiqamətdə mütəmadi layihələr həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 48 d. əvvəl
-
50 d. əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
9 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)








.jpg)







