Hökumət idxal olunan qida və dərmana ƏDV-nin məhdudlaşdırılması təklifinə münasibət bildirib
"Qida və dərman məhsullarına tətbiq edilən ƏDV-nin məhdudlaşdırılması təklifinin səmərəliliyi məsələsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq olunmuş "Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası"na uyğun olaraq müvafiq qiymətləndirilmə aparıldıqdan sonra qiymətləndirmənin nəticələrinə uyğun dəyərləndirilə bilər".Hökumət ölkəyə idxal olunan qida və dərman məhsullarına tətbiq edilən əlavə dəyər vergisinin məhdudlaşması ilə bağlı təklifə münasibət bildirib.
Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Qeyd edilib ki, Vergi Məcəlləsinin 102.1.37-ci, 106.1.31, 199.17-ci və 207.10-cu maddələrinə əsasən siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 15 yanvar tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida məhsullarının istehsalını həyata keçirən hüquqi və fiziki şəxslərin 2024-cü ildən etibarən 7 il müddətinə həmin fəaliyyətdən əldə etdiyi gəlirin (mənfəətin) 50 faizi gəlir (mənfəət), həmin fəaliyyət prosesində istifadə olunan əmlakı, torpağı isə əmlak və torpaq vergilərindən azad olunmuşdur. Eyni zamanda, qida məhsullarının istehsalı ilə bağlı dəyər zəncirində iştirakla bağlı bir sıra güzəşt və azadolmalar müəyyən edilmişdir. Belə ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı, damazlıq heyvanların, toxum və tinglərin, mineral gübrələrin, pestisidlərin, toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı, kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı, siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən olunan xammalın və materialların idxalı ƏDV-dən azaddır.
Dərman vasitələrinin ölkəyə idxalı zamanı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarına uyğun olaraq "0" faiz rüsum dərəcəsi tətbiq olunur. Eyni zamanda, ölkəyə idxal olunan qida məhsullarının əksər hissəsi Azad Ticarət Sazişinə üzv olan ölkələrdən idxal olunduğundan, Saziş çərçivəsində gömrük rüsumundan azad olunur. Qida və dərman məhsullarına tətbiq edilən ƏDV-nin məhdudlaşdırılması təklifinin səmərəliliyi məsələsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq olunmuş "Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası"na uyğun olaraq müvafiq qiymətləndirilmə aparıldıqdan sonra qiymətləndirmənin nəticələrinə uyğun dəyərləndirilə bilər.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
-
3 saat əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Astarada "qara bazar"da dəyəri 90 milyon dollardan artıq olan heroin aşkar edildi
- 4 saat əvvəl
- 19 saat əvvəl
-
21 saat əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 21 saat əvvəl
-
21 saat əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
-
22 saat əvvəl
Wolt-dan 60%-dək endirimlə Black Friday-də daha sərfəli və sürətli alış-veriş edin
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycan neftinin son qiyməti
Bank Qarabağda ilk filialını açdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub






















