“Bank Respublika"nın dollar istiqrazlarına 62 investor 62 sifariş verib - HƏRRACIN NƏTİCƏSİ
6 mart 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BANK RESPUBLİKA" ASC-nin 5 milyon dollarlıq istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi.
Birjanın yaydığı məlumata görə, qeyd olunan AZ2007002887 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 13.03.2025-ci il tarixində yekunlaşmışdır.
İstiqrazlara 62 investor tərəfindən 62 sifariş təqdim edilib. İstiqrazlar tam məbləğdə yerləşdirilib.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
Qeyd: İstiqrazlar subardinasiya borc şəklində, 8 illik tədavül müddətilə buraxılır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: “BANK RESPUBLİKA" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2007002887
İstiqraqzların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Rəqabətli
İstiqrazların sayı: 5 000 (ədəd)
İlkin ticarət qiyməti: 1 000 ABŞ Dolları
Buraxılış həcmi: 5 000 000 ABŞ Dolları
İllik gəlirlilik faizi: 8.5%
Ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürməklə)
Tədavül müddəti: 8 il
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 5 000 000 ABŞ Dolları
Reallaşdırılmış həcm: 5 000 000 ABŞ Dolları
Minimal qiymət: 1 000 (8.5%) ABŞ Dolları
Maksimal qiymət: 1 001 (8.48%) ABŞ Dolları
Ehtimal olunan kəsmə qiymət*: 1 000 (8.5%) ABŞ Dolları
Ortaçəkili qiymət: 1000.01 (8.50%) ABŞ Dolları
İnvestor sayı: 62
Sifariş sayı: 62
Anderrayter: “ABB-İnvest İ.Ş.” QSC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 22 saat sonra
-
- 44 d. əvvəl
-
1 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 saat əvvəl
-
14 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
16 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Lombard Türkanə” həbs edildi - 400 minlik ziyan...
Azərbaycan neftinin son qiyməti
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Ən çox oxunanlar
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
AccessBank tenderlər elan edib























