Məhkəmədən "Kontakt Home"un sahibinə rədd cavabı
Bakı Apellyasiya Məhkəməsi “ABC Telecom” şirkətinin lisenziyasız proqram təminatının satışı və istifadəsi ilə bağlı qadağa qərarını dəyişməz olaraq saxladı. “Microsoft” şirkətinə dəymiş zərəri ödəməli olacaq.
Bakı Apellyasiya Məhkəməsi “ABC Telecom” (“Kontakt Home”) şirkətinin birinci instansiya məhkəməsi qərarının ləğvi və “Microsoft” korporasiyasına qanunsuz proqram təminatının satışı ilə dəymiş zərərlə bağlı yeni ekspertizanın keçirilməsi üzrə apellyasiya şikayətini və xahişini rədd edib.
Bu ilin may ayında Azərbaycan tarixində ilk dəfə olaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi kompüterlərə “Microsoft”un lisensiyasız proqram təminatını yükləyərək satışları həyata keçirən “ABC Telecom” şirkətinə qarşı müəllif hüquqlarına dair Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiqi ilə bağlı qərar qəbul edib.
Məhkəmənin qərarına əsasən, “ABC Telecom” şirkətinə “Microsoft”un lisenziyasız proqram təminatının satışı və istifadəsinə qadağa qoyulmuş və “Microsoft” şirkətinə dəymiş zərərin ödənilməsi sərəncamı verilmişdir.
Sözügedən qərar apellyasiyadan öncə ali məhkəmə tərəfindən təhlil olunub. Nəticədə Bakı Apellyasiya Məhkəməsi “ABC Telecom” şirkətinin ilk instansiya məhkəməsinin qərarının ləğvi üzrə apellyasiya şikayətini və yeni ekspertizanın keçirilməsi üzrə xahişini rədd edib. Prosesin iştirakçıları apellyasiya məhkəməsinin qərarından kassasiya qaydasında Azərbaycan Ali Məhkəməsinə şikayət etmək hüququna malikdir.
Bu qərar lisenziyasız proqram təminatının yayılması və istifadəsinin aradan qaldırılması ilə bağlı Azərbaycan hökumətinin qəti qərarını bir daha vurğulayır.
Proqram təminatının lazımi lisenziyalarsız istifadəsi və saxtalaşdırılması Azərbaycan istifadəçiləri üçün ən çox yayılmış kibertəhlükəsizlik riskləridir. Bundan irəli gələrək Azərbaycan müəllif hüquqlarının qorunması və risklərin azaldılması istiqamətində məqsədyönlü şəkildə irəliləyir.
Bir çox şirkətlər etibarlı təchizatçılardan lisenziyalı proqram təminatının alınması və proqram aktivlərinin effektiv idarə olunması (SAM) siyasəti və təcrübələrinin hazırlanması vasitəsilə kibertəhlükə risklərini azalda bilər. Lisenziyalı proqram təminatından istifadənin artımı istehlakçıların davranışında labüd dəyişikliklərə səbəb olacaq və Azərbaycanda ümumi biznes mühitinə müsbət təsir edəcək.
Qlobal Rəqabətqabiliyyətlilik İndeksinə əsasən, 20162017-ci illəri əhatə əhatə edən dövri hesabata görə Azərbaycan 138 ölkə arasında 37-ci yeri tutmuşdur.. Əqli mülkiyyətin qorunması ümumi qiymətə təsir edən meyarlardan biridir. Əqli mülkiyyət hüquqlarına uyğun olaraq yeni texnologiyaların geniş istifadəsi ölkədə İT sahəsinin geniş inkişafını təmin etməyə imkan yaradacaq, həmçinin milli iqtisadiyyatda vergi daxilolmalarının artmasına səbəb olacaq.
BSA-nın “Lisenziyasız proqram təminatı və kibertəhlükələr” adlı araşdırmasının nəticələrinə əsasən, zərərli proqram təminatı çox vaxt saxta proqram təminatı ilə bağlı və kibercinayətkarlar üçün mənfəətli vektor ola bilər. Saxta proqram təminatından istifadə edənlər yüksək risk altında ola bilərlər, xüsusilə də əgər söhbət maliyyə fırıldaqçılığı, məlumatların oğurlanması, məxfiliyin pozulması və sistemlərin sıradan çıxmasına gətirib çıxara biləcək casus proqramlar və viruslardan gedirsə.
Əqli mülkiyyətin qorunması sistemi Azərbaycanda inkişaf etməkdədir və ölkə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının fəal üzvü olmaqla yeni beynəlxalq qaydaların hazırlanmasında iştirak edir. “Microsoft” korporasiyası istifadəçiləri saxta proqram təminatını almamağa və özlərini və şəxsi məlumatlarını müasir kibertəhlükələrdən qorumağa çağırır.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
-
1 saat əvvəl
"Kristal Bakı" inşaat şirkəti gəlirinin 1000 dəfədən çox artdığını açıqladı
-
1 saat əvvəl
Bankların biznes kreditləri portfeli 157 milyon manatdan çox azalıb
-
1 saat əvvəl
İşçilərinizi 7 kritik xəstəlikdən sığortalayın - İldə cəmi 37 AZN
-
2 saat əvvəl
Ölkəmizdə ödəniş kartlarının sayı 22 milyonu ötüb, nağdsız əməliyyatların həcmi 11%-dən çox artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb
-
2 saat əvvəl
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
-
2 saat əvvəl
1 hektar pambıq 25 manata, 1 qoyun cəmi 7 manata sığortalanır – Fermerlərlə görüş keçirilib
-
2 saat əvvəl
Bank sektorunda son vəziyyət açıqlandı - 2026-CI İLİN İLK RƏQƏMLƏRİ
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İşçilərinizi 7 kritik xəstəlikdən sığortalayın - İldə cəmi 37 AZN
Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
1 hektar pambıq 25 manata, 1 qoyun cəmi 7 manata sığortalanır – Fermerlərlə görüş keçirilib
Bank sektorunda son vəziyyət açıqlandı - 2026-CI İLİN İLK RƏQƏMLƏRİ
BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşıb
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Zirə Gülçülük” şirkətinin gəliri və xalis mənfəəti azalıb




















