Ötən il Azərbaycana 65 min tona yaxın palma yağı idxal edilib

2024-cü ildə Azərbaycana 81 milyon 932 min ABŞ dolları dəyərində 64 min 559.5 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.
Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, 2023-cü illə müqayisədə bu göstərici həcm ifadəsində 41.7% və ya 18 min 989 ton, dəyər ifadəsində isə 56.5% və ya 29 milyon 589 min ABŞ dolları artıb. 2023-cü ildə Azərbaycana 52 milyon 342 min ABŞ dolları dəyərində 45 min 570 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.
Bu dövrdə ölkəyə gətirilən 1 kq palma yağının orta idxal qiyməti 2.2 manat təşkil edib. Hesabat dövründə Azərbaycana Malayziyadan 23 min 896 ton, İndoneziyadan isə 40 min 663.5 ton palma yağı idxal edilib.
Xatırladaq ki, son 30 ildə trans yağların əsas əvəzedicisi rolunu oynayan palma yağı yeyinti sənayesi, xüsusilə də qənnadı məmulatları, dondurma, şokolad, çips istehsalçıları tərəfindən geniş istifadə edilir.
Qeyd edək ki, eyni zamanda bütün dünyada marqarin istehsalında da palma yağından geniş istifadə olunur. Ötən il Azərbaycanda 51 min 63.8 ton marqarin istehsal edilib ki, bunun da 1349.6 tonu ixrac edilib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 28 d. əvvəl
- 31 d. əvvəl
-
- 9 saat əvvəl
-
13 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
15 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
15 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
15 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 16 saat əvvəl
-
16 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
