Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün ABŞ-da statistik məlumatların proqnozların üzərində dərc olunması fonunda dollar major valyutalar qarşısında bir qədər bahalaşsa da, gün sonuna doğru öz mövqelərini itirdi.
Beynəlxalq birjalarda dollar təzyiq altında qalmaqda davam edir. Böyük Britaniyada isə ÜDM, Sənaye Sektorunda İstehsal Həcmi və Ticarət Saldosu göstəricilərinin müsbət açıqlanması ilə funt dollar və avro qarşısında bahalaşmağa davam etdi.
EUR/USD valyuta cütlüyü 1.0373 səviyyəsini aşağıya doğru test etdikdən sonra 1.0467 səviyyəsinə qədər bahalaşıb. GBPUSD cütlüyü cümə axşamı günü 1.2435 həddindən 1.2570 həddinə kimi yüksəlib. USD/JPY cütlüyündə isə məzənnə 154.660 səviyyəsindən 152.440 səviyyəsinə qədər kəskin ucuzlaşıb. Qızılın dəyəri artmaqda davam edir. Qiymətli metal bugün səhər 2934$ səviyyəsini test edib.
Dünən ABŞ-ın Əmək Departamentinin dərc etdiyi məlumatlara əsasən, ölkədə İstehsal Qiymətləri İndeksi (PPI) dekabr ayında 0.5% artıqdan sonra, yanvar ayında əvvəlki ay ilə müqayisədə 0.4% artıb. Enerji və ərzaq qiymətləri istisna olmaqla hesablanan istehsal qiymətləri (Core PPI) yanvar ayında əvvəlki ayla müqayisədə 0.3% artıb. Həmçinin, ölkədə ötən həftə işsizlik müavinəti üçün müraciət edən amerikalıların sayı 7 min nəfər azalaraq 213 min nəfər təşkil edib. İşsizlik müavinətini almağa davam edən amerikalıların sayı fevralın 1-də bitən həftədə 1.886 milyon nəfərdən 1.85 milyon nəfərə qədər azalıb.
Eləcə də, Avrozonanın Sənaye Sektorunda İstehsal Həcmi 2024-cü ilin dekabr ayında 1.1% azalıb. Almaniyanın Federal Statistika İdarəsinin (Destatis) yekun məlumatlarına görə, ölkənin illik inflyasiya səviyyəsi 2024-cü ilin dekabr ayı ilə müqayisədə yanvar ayında 2.6%-dən 2.3%-ə qədər geriləyib. Aylıq ifadədə göstərici 0.5%-lik artımdan sonra, yanvar ayında proqnoz olunduğu kimi, 0.2% azalıb.
Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) açıqladığı məlumatlara əsasən, ölkə iqtisadiyyatı noyabr ayında 0.1% böyüdükdən sonra, dekabr ayında Birləşmiş Krallığın ÜDM-i 0.4% artıb. Böyük Britaniyadan dərc olunan digər məlumatlar göstərir ki, dekabr ayında Sənaye Sektorunda İstehsal Həcmi 0.5% artıb, Ticarət Saldosunun kəsiri isə 18.90 milyard funt-sterlinqdən 17.45 milyard funt-sterlinqə qədər azalıb.
Bugün Bakı vaxtı ilə saat 16:30 ABŞ-da açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi və Sənaye Sektorunda İstehsal Həcmi göstəriciləri bazar iştirakçılarının diqqət mərkəzində olacaq. Əlavə olaraq, Avrozonada dərc olunacaq ÜDM məlumatları investorlara maraqlı ola bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























