Dövlət avtomobilləri satışa çıxardır: 375-13500 manat
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 3 oktyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə bu ayın ilk hərracı keçiriləcək. Hərracda 11 nəqliyyat vasitəsinin də satılması planlaşdırılır.
"Marja" xəbər verir ki, Avtomobillərin start qiyməti 375-13500 manat arasında dəyişir. QAZ-2705-18 1250 manat, QAZ-3307-1012 600 manat, ZİL-MMZ-555 375 manat, QAZ-330720 1500 manat, QAZ-3309-1372-09-229 2250 manat, Nissan Altima 1500 manat, Toyota Land Cruiser 13500 manat, Toyota Land Cruiser Prado 8000 manat, Mercedes Benz S600 5000 manat start qiymətilə hərraca çıxardılacaq.
S/N | Balanssaxlayıcı müəssisənin adı | Avtonəqliyyat vasitəsinin markası |
Buraxılış ili | Start qiyməti (manatla) |
10% beh (manatla) |
1. | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti | 2007 | 1250 | 125 | |
2. | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti | 2007 | 600 | 60 | |
3. | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti | 1989 | 375 | 38 | |
4. | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti | 2007 | 1500 | 150 | |
5. | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti | 2007 | 2000 | 200 | |
6. | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti | 2007 | 2250 | 225 | |
7. | Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi | 2005 | 1500 | 150 | |
8. | “Bakı Metropoliteni” QSC | 2004 | 3450 | 345 | |
9. | Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti | 2005 | 13500 | 1350 | |
10. | Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti | 2007 | 8000 | 800 | |
11. | Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti | 1998 | 5000 | 500 |
1-6-cı sətirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin balansında olan nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır
7-ci sətirdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin balansında olan nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır
8-ci sətirdə “Bakı Metropoliteni” QSC-nin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.
Qeyd:
Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
(tel:566-07-44)
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
İllik 9% və 10% gəlir - "ABB İnvest" ABB istiqrazlarını növbəti dəfə kapital bazarına çıxarır
-
5 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
5 saat əvvəl
“İran razılaşmasa, daha yüksək səviyyədə və intensivlikdə bombardman başlayacaq”
-
6 saat əvvəl
"Highland Residence"də hazır binada təhvilinə az qalmış mənzillərin satışı başladı!
-
6 saat əvvəl
Bakı Fond Birjası (BFB) tərəfindən yenilənmiş Listinq Qaydaları qüvvəyə minib
-
6 saat əvvəl
BOKT “KREDEX” QSC 2025-cü il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"Əgər bir şəxsin kartına gündə 50 dəfə pul daxil olursa, bu, şübhə oyatmalıdır. Şübhəli əməliyyatlar yoxlanılmalıdır"
Ən çox oxunanlar
"Highland Residence"də hazır binada təhvilinə az qalmış mənzillərin satışı başladı!
BOKT “KREDEX” QSC 2025-cü il üzrə maliyyə göstəricilərini açıqladı
Dövlət Vergi Xidməti: 4 ayda 6 milyard manatdan çox vergi yığmışıq






.jpg)







.jpg)










