Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pavelin baş tutmuş çıxışı fonunda dollar major valyutalar qarşısında bir qədər ucuzlaşdı.
Belə ki, EUR/USD valyuta cütlüyü 1.0328 səviyyəsindən 1.0380 səviyyəsinə qədər yüksəlib. GBP/USD cütlüyü isə 1.2332 həddindən dəstək alaraq artım göstərib və bugün səhər saatlarında 1.2458 həddinə qədər bahalaşıb.
Qızılın dəyəri tarixi maksimum səviyyəsini yenilədikdən sonra ucuzlaşır. 2942$ səviyyəsinə qədər yüksələn dəyərli metalın qiyməti 2886$ səviyyəsinə qədər geriləyib. Neftin atrım tendensiyası isə bir qədər səngiyib. “Brent” markalı neftin bir barrel üçün qiyməti 77.50$ təşkil edir.
Çərşənbə axşamı günü ABŞ Senatının Bank Komitəsi qarşısında çıxış edən FED sədri Cerom Pavel bildirib ki, tənzimləyici qurumun uçot faiz dərəcəsini daha da azaltmağa tələsməyə ehtiyac görmür. Onun fikrincə, pul siyasəti indi əvvəlkindən daha az məhdudlaşdırıcı olduğundan və ABŞ iqtisadiyyatı güclü olaraq qaldığından, yanaşmalarını dəyişmək üçün tələsməyə ehtiyac yoxdur.
"İqtisadiyyat güclü qalsa, lakin, inflyasiya hədəf səviyyəsinə doğru davamlı şəkildə irəliləməsə, siyasətimizi daha uzun müddət məhdudlaşdırıcı saxlaya bilərik. Əgər əmək bazarında gözlənilməz bir zəifləmə olarsa və ya inflyasiya gözləniləndən daha sürətlə yavaşlarsa, buna uyğun olaraq siyasəti yumşaldacağıq", - FED sədri qeyd edib.
İngiltərə Bankının sədri Endryu Beyli isə siyasətçiləri bazar tənzimləmələrini yüngülləşdirməyə qarşı xəbərdar edərək, iqtisadi artım və maliyyə sabitliyi arasında "heç bir kompromisin olmadığını” deyib. Çikaqo Universitetində Biznes Məktəbində çıxış edən Beyli maliyyə tənzimləmələrinə, xüsusən də, tənzimləyicilərin 2008-ci il maliyyə böhranına cavab olaraq qəbul etdiyi maliyyə sabitliyi tədbirlərinə qarşı geri çəkilməni qeyd etdi.
Bugün bazar iştirakçılarının diqqəti ABŞ-da açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPI) göstəricilərində olacaq. Belə ki, analitiklərin fikrincə Amerikada aylıq inflyasiya 0.4%-dən 0.3%-ə qədər azalıb. Həmçinin, ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pavel bugün bir daha çıxış edəcək.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub

























