Google əməkdaşı məktəblilərimizə master klass keçdi
Gənclər Azərbaycanı beynəlxalq olimpiadalarda təmsil etməyə hazırlaşır(®) Təhsil İnsititutunun təşəbbüsü və Azercell-in dəstəyilə İT üzrə beynəlxalq olimpiadalara hazırlaşan milli komandamız üçün növbəti “Qış Kampı” təşkil olunub. Bu dəfə düşərgə çərçivəsində məktəblilərimiz Oxford Universitetinin Avtonom maşınların idarə olunması üzrə məzunu Tərlan Süleymanov və Google Texnologiya şirkətinin Poqram təminatı mühəndisi Rəhim Məmmədli ilə görüşmək, onların dəyərli təcrübəsindən faydalanmaq imkanı əldə ediblər. Qonaqlar iştirakçılara müasir proqramlaşdırma dilləri və texnologiyaları barədə master-klass keçiblər.
Ümumilikdə 6 gün davam edən təlim boyunca məktəblilər beynəlxalq olimpiada formatında keçirilən yarışlara qoşulub, məsələlərin ətraflı izahı və yeni mövzuların müzakirəsi yer alan sessiyalarda iştirak ediblər.
Beynəlxalq İnformatika Olimpiadasına (IOI) hazırlaşan iki məktəblimiz 27 yanvar – 4 fevral 2025 il tarixlərlərində Serbiyada təşkil edilən düşərgədə də iştirak ediblər.
Xatırladaq ki, 2017-ci ildən etibarən “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində informatika olimpiadalarına hazırlıq prosesi təşkil olunur. Bu müddət ərzində gənclərimiz mütəmadi olaraq ölkəmizi beynəlxalq səviyyəli müsabiqələrdə təmsil ediblər. Müxtəlif yaş qrupları üzrə proqramlaşdırma olimpiadalarında Azərbaycan komandasının bugünədək qazandığı ümumi medal sayı 84-ə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
14 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)



.jpg)








