Roblox aktiv istifadəçi sayı hədəfinə çata bilmir - SƏHMLƏRİ KƏSKİN UCUZLAŞIB
Roblox səhmləri şirkətin dördüncü rübündə gündəlik aktiv istifadəçi sayının analitiklərin təxminlərindən aşağı düşməsindən sonra 20 faizə qədər ucuzlaşıb.
Roblox video oyun platformasının səhmləri, şirkətin dördüncü rübündə gündəlik aktiv istifadəçi sayının analitiklərin proqnozlarından aşağı olduğu məlum olduqdan onra 20 faizə qədər ucuzlaşıb.
Marja xəbər verir ki, Şirkətin açıqladığı məlumatlara görə, dekabrın 31-də başa çatan üç aylıq dövrdə gündəlik aktiv istifadəçilərin sayı əvvəlki rüblə müqayisədə 4 faiz azalaraq 85,3 milyon nəfərə düşüb. Wall Street analitikləri bu rəqəmin 88,4 milyon olacağını gözləyirdilər. Oyunçuların "məşğulluğu" da üçüncü rüblə müqayisədə 9,7 faiz azalaraq 18,7 milyard saata düşüb.
Roblox-un Baş Maliyyə Direktoru Mike Guthrie Şərqi Avropada artımın "həqiqətən yavaş" olduğunu söyləyib. O, Türkiyədə qadağanın avqust ayında qüvvəyə minməsindən sonra ilk dəfə tam rüb ərzində platformadan tamamilə çıxarıldığını bildirib. Roblox-un bu qadağaya etiraz etdiyi də qeyd olunub.
Kaliforniyada yerləşən şirkətin dördüncü rübdə sifarişləri (satış) 1,36 milyard dollar təşkil edib, bu, 1,37 milyard dollarlıq proqnozdan aşağıdır.
Üçüncü tərəf tərtibatçılarına oyunlar hazırlamağa və gəlirdən pay qazanmağa imkan verən Roblox, son illərdə sürətlə böyüyüb. Bu həftə platformanın ən populyar oyunlarından biri onun anonim tərtibatçısından alınıb.
Şirkət rüb ərzində oyun tərtibatçılarına rekord məbləğdə 281 milyon dollar ödəyib. Baş direktor David Baszucki bu rəqəmin platforma vasitəsilə yaradıcılara ötürülən maliyyə dəstəyinin göstəricisi olduğunu vurğulayıb.
Roblox internetdə uşaqları qorumaq üçün kifayər qədər tədbir görmədiyi üçün tənqidlər ilə üzləşib. Keçən il şirkət 13 yaşından kiçik uşaqların sırf sosial qarşılıqlı əlaqə üçün nəzərdə tutulmuş oyunlara daxil olmasına mane olan yeni qaydalar tətbiq edib.
Roblox, 2025-ci il üçün ümumi sifarişlərin 5,2 milyard dollar ilə 5,3 milyard dollar arasında olacağını proqnozlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
