Fitch Beynəlxalq Bankın reytinqlərini yüksəldə bilər
Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin könüllü restrukturizasiyasının uğurla başa çatması nəticəsində, müddəti 2019-cu ilə qədər nəzərdə tutulmuş, 500 milyon ABŞ dolları həcmində avrobondların bankın balansından çıxarılmasını nəzərə alaraq Fitch Beynəlxalq Reytinq Agentliyi onlara verdiyi reytinqləri geri çağırıb.
Restrukturizasiya planına əsasən, Bankın yeni buraxılan və müddəti 2024-cü ilə qədər müəyyənləşən istiqrazlarına isə hələlik reytinqlər verilməyib. Bu barədə Bankdan "Marja"ya bildirilib.
Agentliyin rəyində qeyd edilir ki, restrukturizasiya prosesindən sonrakı dövrdə bankın kredit profili haqqında kifayət qədər məlumat əldə etdikdən sonra Fitch Azərbaycan Beynəlxalq Bankının həm qısamüddətli yerli və xarici valyutada olan reytinqinin (IDRs), həm də Dayanıqlıq Reytinqinin (Viability Rating) yüksələcəyini gözləyir.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesi 1 sentyabr 2017-ci il tarixində faktiki olaraq başa çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 21 saat sonra
-
- 12 d. əvvəl
- 24 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Ən çox oxunanlar
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"

























