Nvidia-nın bazar dəyəri yarım trilyon dollar düşdü - Çinin startap şirkəti qərb bazarını "vurdu"
ABŞ-ın çip şirkəti Nvidia-nın bazar dəyəri isə 500 milyard dollardan çox azalıb. Buna Çinin DeepSeek startapının ən son süni intellekt modelinin digər beynəlxalq rəqiblər ilə müqayisədə daha az çipdən istifadə etməsi və daha qısa müddətdə yayılmasıdır.Çinin DeepSeek startapının Google və OpenAI kimi rəqiblərindən daha qısa müddətdə, daha az xərclə və daha az çiplə inkişaf etdirdiyi süni intellekt modelinin (proqramının) qısa müddətdə bütün dünyada intensiv şəkildə istifadə olunmağa başlaması, qlobal texnoloji şirkətlərinin səhmlərinin ucuzlaşmasına səbəb olur.
Marja.az xəbər verir ki, açıq mənbəli böyük dil modellərini inkişaf etdirən Çinin süni intellekt şirkəti DeepSeek-in proqramı, ABŞ-da yerləşən ChatGPT-ni keçərək tətbiq mağazalarında ən çox yüklənən süni intellekt proqramı olub.
Çinin ucuz qiymətə süni intellekt modelini işə salması Qərb şirkətlərinin, xüsusilə də ABŞ-ın bu sektorda hökmranlığına və bu sahədə böyük xərclər çəkməsinə şübhələr yaradıb.
ABŞ çip nəhəngi Nvidia-nın cümə günü bağlanışda 142,62 dollar olan səhm qiyməti, bu gün 117,26 dollara düşüb. Çip şirkətin səhmlərindəki bir günlük itki 18 faizə yaxınlaşıb. Nvidia səhmlərində 2020-ci ilin mart ayından bəri ən yüksək gündəlik ucuzlaşma baş verib, şirkətin bazar dəyəri 500 milyard dollardan çox azalıb.
Şirkətin bazar dəyərinin azalması ABŞ fond bazarı tarixində ən böyük gündəlik eniş kimi qeydə alınıb.
Nvidia-nın bazar dəyəri 3 trilyon dollardan aşağı düşərək, dünyanın ən böyük şirkətlərinin reytinqində ikinci yerdən üçüncü yerə geriləyib.
DeepSeek süni intellekt sektoruna təzyiq göstərdiyi üçün Yaponiyanın texnologiya şirkətlərinin də səhmləri ucuzlaşıb.
Nvidia-nın tədarükçüsü Advantest və çip avadanlığı istehsalçısı Disco da daxil olmaqla, Yaponiya çip sənayesi ilə əlaqəli şirkətlərin səhmləri, Çinin süni intellekt modeli DeepSeek-in satışa çıxarılmasından sonra ucuzlaşmaya səbəb olub.
Advantest səhmləri 11 faizə qədər ucuzlaşıb ki, bu da avqust ayından bazarın çökməsindən sonra ən böyük iki günlük enişdir. Disco səhmləri 9,5 faiz, SoftBank Group səhmləri isə 6,7 faiz ucuzlaşıb.
Lasertec, Screen Holdings və Tokyo Electron da daxil olmaqla digər çiplə əlaqəli şirkətlərin hamısının səhmləri 4 faizdən çox dəyər itirib.
Trampdan DeepSeek açıqlaması
ABŞ prezidenti Donald Tramp Çin startapı DeepSeek-in süni intellekt modeli haqqında da danışıb. Tramp Çində yerləşən DeepSeek startap şirkəti tərəfindən buraxılan ən son süni intellekt modelinə müsbət baxdığını və bunun Amerika sənayesi üçün “oyanış zəngi” olması lazım olduğunu bildirib.
Son bir neçə gündə Çin şirkətinin daha sürətli və çox daha sərfəli bir süni zəka modeli inkişaf etdirdiyi barədə oxuduğunu qeyd edən Tramp, “Əgər bu doğrudursa və mən bunu müsbət bir şey kimi görürəm. Siz də bunu edəcəksiniz. Bir Çin şirkətinin DeepSeek-i işə salması sənayelərimiz üçün oyanış zəngi olmalıdır ki, qalib gəlmək üçün rəqabət aparmağa diqqət yetirməliyik",- deyib.
Çindəki "High-Flyer Capital Management" fondu tərəfindən dəstəklənən "DeepSeek", digər süni intellekt şirkətləri ilə müqayisədə aşağı qiymətə və az sayda çipdən istifadə edərək hazırladığı yeni açıq mənbə modeli "DeepSeek-R1"i yanvarın 20-də təqdim edib. Qısa müddətdə bütün dünyada intensiv şəkildə istifadə olunmağa başlayan süni intellekt modeli ABŞ-da yerləşən "ChatGPT"ni geridə qoyaraq tətbiq mağazalarında ən çox yüklənən süni intellekt tətbiqi olub.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
6 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
6 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir





















