"Azərbaycan balı dünya bazarında hələ yerini tapmayıb"
Azərbaycanın bal ixrac etmək üçün potensialı böyük olsa da, balımız dünya bazarında hələ yerini tapmayıb.
Bunu açıqlamasında "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin sədri Bədrəddin Həsrətov bildirib.
Onun sözlərinə görə, ötən il ölkədə tələbatdan təxminən 2 min ton çox - 8 min ton arıçılıq məhsulları, o cümlədən bal istehsal edilsə də, artıq qalmış məhsulları xarici ölkələrə satmaq mümkün olmayıb: "Odur ki, Azərbaycan balının xarici bazarlarda tanıdılması üçün kompleks tədbirlərin görülməsinə ehtiyac var. Bal ixracı təşviq edilməli, hədəf ölkələr müəyyənləşdirilməli, balımız beynəlxalq sərgilərdə tanıdılmalıdır. Bu isə ancaq dövlət qurumlarının dəstəyi ilə ola bilər. Hal-hazırda Birləşmiş Ərəb Əmirliklərində və digər ərəb ölkələrində balın 1 kiloqramı 100 ABŞ dollarına satılır. Azərbaycan balı təbiiliyinə və keyfiyyətinə görə dünyada ən yaxşılardandır. Onun ixracı təşviq edilsə, ölkəyə valyuta gətirən məhsul ola bilər”.
Bundan başqa, Assosiasiya sədri təklif edib ki, Azərbaycana bal idxalı məhdudlaşdırılsın: "Xaricdən keyfiyyətsiz məhsullar bazara daxil olur. Bununla bağlı biz aidiyyəti qurumlara məktub hazırlayırıq. Dekabrın 22-də Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə görüşdük, mağazalarda satılan saxta ballarla bağlı müzakirələr apardıq. Bu yaxınlarda agentlik ticarət şəbəkələrində satılan 9 istehsalçıya məxsus 27 bal məhsulunun partiyasında uyğunsuzluqlar müəyyən edib”.
B.Həsrətovun sözlərinə görə, 2024-cü ildə olduğu kimi, 2025-ci ildə də Azərbaycanda arıçılıq məhsullarının istehsal həcmi bol olacaq: "Bir neçə ildir ki, arıçılıq təsərrüfatları Qarabağa köçürülür. Ötən il 200 min arı ailəsi köçürülüb. Bu da məhsuldarlığa müsbət təsir göstərir. Bu ərazilərə köçürülən arı ailələrin sayı ilbəil artır. Sevindirici haldır ki, artıq Qarabağda arıçılar öz mağazalarını açırlar".
O, arıçılıqdakı problemlərə də diqqət çəkib: “Arılarda bir sıra xəstəliklər var, onlardan ən kəskini gənədir. Ötən mövsümün sonunda isti ölkələrdə geniş yayılan “Phytoptus avellanae” adlanan gənə ölkədə yayılıb. Onlar arı balaları ilə qidalanır, sürətlə çoxalır. Bizim üçün böyük problemdir. Bunun yayılmasının qarşısını almaq üçün arıçılarla mütəmadi görüşlər keçiririk. Mübarizə tədbirləri, problemin həll yolları müzakirə edilir".
Assosiasiya sədri vurğulayıb ki, “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə hər təqvim ilində 10 manat subsidiya verilir: “Bu proses 2023-cü ilə qədər davam edib. Ana arılarda cırlaşma getdiyinə görə, damazlıq-seleksiya işi məhdud olduğuna görə bu təsərrüfatlara subsidiyaların verilməsi təklif etmişik. Cins və məhsuldar ana arıların alışı üçün subsidiyanın verilməsi ilə bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədovla görüşmüşük, bu məsələni qaldırmışıq. Biz bilirik ki, bu məsələnin üzərində hazırda iş aparılır”.
© “Report”
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
6 d. əvvəl
Qırğızıstan vətəndaşlarının Azərbaycandakı BOKT-nun xalis mənfəəti 40 %-ə yaxın azalıb
- 35 d. əvvəl
-
-
37 d. əvvəl
ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ
-
45 d. əvvəl
Yapı Kredi “Texnologiyada Fürsət Bərabərliyi” proqramını Azərbaycana gətirdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Bank Respublika”nın maliyyə vəziyyəti açıqlanıb - XALİS MƏNFƏƏTİ 18% ARTIB
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Qırğızıstan vətəndaşlarının Azərbaycandakı BOKT-nun xalis mənfəəti 40 %-ə yaxın azalıb
Azərbaycanın iri bankı Özbəkistanda bank alır
Azərbaycanın ixracı və idxalı azalıb
Azərbaycana avtomobil idxalında böyük azalma
Əfsanəvi investor vəfat edib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Çin iqtisadiyyatı 5% artıb
20 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub






.jpg)









.jpg)





