Azərbaycanın neft-qaz ixracından gəlirləri kəskin azalıb, qeyri-neft-qaz ixracının artımı isə dayanıb
7,4 MİLYARD DOLLARLIQ AZALMA2024-cü ildə Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın cəmi dəyəri 23 milyard 197 milyon 549 min dollar təşkil edib. Bu, 2023-cü ilə nisbətən 7 milyard 352 milyon 958 min dollar və ya 24% azdır. 2023-cü ildə Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın cəmi dəyəri 30 milyard 550 milyon 507 min dollar təşkil etmişdi.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən il Azərbaycandan 14 milyard 437 milyon 355 min dollar dəyərində xam neft, 8 milyard 406 milyon 729 min dollar dəyərində təbii qaz ixrac edilib. Xam neft ixracı dəyər ifadəsilə 1 milyard 803 milyon 474 min dollar və ya 11,1%, təbii qaz ixracı isə 5 milyard 271 milyon 616 min dollar və ya 38,5% azalıb.
QEYRİ-NEFT-QAZ İXRACININ ARTIMI DEMƏK OLAR Kİ DAYANIB
2024-cü ildə Azərbaycanın neft-qaz sektoruna daxil olmayan mallar üzrә ixracının cəmi dəyəri 3 milyard 356 milyon 507 min dollar olub. Bu dəyər 2023-cü ildə 3 milyard 348 milyon 47 min dollar təşkil etmişdi. Beləliklə, ötən il Azərbaycanın qeyri-neft-qaz ixracı 8 milyon 461 min dollar və ya 0,25% artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 d. əvvəl
- 18 d. əvvəl
-
28 d. əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
-
- 29 d. əvvəl
-
30 d. əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
- 42 d. əvvəl
- 46 d. əvvəl
-
49 d. əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
1 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
-
1 saat əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
Ən çox oxunanlar
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib



























