"Süni intellekt və RPA alətlərinin son 2 ildə ABB-yə maliyyə təsiri 25 milyon manat ətrafındadır"
2024-cü ildə də ABB-nin müştəri sayında artım davam edib.
Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib ki, artıq 4 milyon müştəri ABB-nin xidmətlərindən istifadə edir, aktiv müştərilərimizin sayı son 1 il ərzində rekord həcmdə, 32% artmışdır.
"Yenilikçi, faydalı məhsul və xidmətlərimiz, rəqəmsal həllərimiz, süni intellekt modellərindən istifadə ilə fərdi təkliflərimiz loyal ABB müştərilərinin sayını günü-gündən artırır. Qürur duyduğumuz bir göstəricini də xüsusi vurğulamaq istərdim, Banka 2024-cü ildə gələn yeni müştərilərin 65%-i məhz rəqəmsal kanallardan, yəni Bank filialına daxil olmadan cəlb edilib. Bu, hazırda dünyadakı müasir bankların hədəflədiyi bir göstəricidir".
Abbas İbrahimov, "Satış, müştəri əlaqələri və risk sahəsində 36 generativ və prediktiv süni intellekt modeli tətbiq edirik" deyərək əlavə edib:
"Son bir il ərzində əməliyyatlar, klirinq və komplayns kimi arxa ofis işlərində 100-dən artıq prosesi RPA alətlərinin tətbiqi ilə robotlaşdırmağa nail olmuşuq. Bütün bu müasir texnologiyalar, sürətlə artan müştərilərimizə layiqli xidmət göstərməyimizə və səmərəli fəaliyyətimizə dəstək olur. Süni intellekt və RPA alətlərinin son 2 ildə ABB-yə birbaşa müsbət maliyyə təsiri 25 milyon manat ətrafındadır, yüzlərlə əməkdaşımızın vaxtına qənaət edirik. ABB-də xərclərin gəlirlərə nisbəti əmsalı dünyanın qabaqcıl kommersiya banklarında olduğu kimi 40%-in altındadır".
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 51 d. əvvəl
-
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
2 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
3 saat əvvəl
"Əminəm ki, biz, həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik"
-
13 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaponya iqtisadiyyatı cüzi artıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub


























