Qlobal bankdan yeni neft qiymətləri proqnozu
Qlobal investisiya bankı "Goldman Sachs" hesab edir ki, ABŞ-ın Rusiyaya qarşı son sanksiyaları Rusiyanın neft hasilatının azalmasına səbəb olarsa, Brent markalı neftin qiyməti qısa müddətdə bir barel üçün 85 dolları keçə bilər.
Marja.az xəbər verir ki, Bank, Rusiyanın hasilatının azalması İranın hasilatının azalması ilə üst-üstə düşəcəyi təqdirdə qiymətlərin bir barel üçün 90 dollara çata biləcəyini bildirib.
ABŞ prezidenti Co Bayden cümə günü Rusiyanın neft və qaz gəlirlərini hədəf alan ən geniş sanksiyalar paketini tətbiq edib.
Analitiklər bildiriblər ki, Rusiya istehsalçılarına və gəmilərinə qarşı sanksiyalar Çin və Hindistan neftayırma şirkətlərini Yaxın Şərq, Afrika və Amerikadan daha çox neft almağa məcbur edə bilər ki, bu da neftin qiymətini və yükdaşıma xərclərini artıra bilər.
Neft qiymətləri bazar ertəsi də bahalaşaraq son dörd ayın ən yüksək səviyyəsinə çatıb. Brent markalı neft bu səhər ICE birjasında 1,68 faiz bahalaşaraq 81,1 dollara satılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
18 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)







.jpg)





