ADY bayram günlərində bölgələrə 22 əlavə reys təyin edib
Qeyri-iş günlərində ADY qatarları Abşeron dairəvi dəmir yolu və rayonlararası istiqamətlər üzrə ümumilikdə 73 min 885 nəfər sərnişinə xidmət göstərilib“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Yeni il tətilində sərnişinlərin təhlükəsiz, vaxtında və rahat səyahətinin təmin edilməsi üçün 30 dekabr – 5 yanvar tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
QSC-nin yaydığı məlumatda bildirilir ki, qeyri-iş günlərində ADY qatarları Abşeron dairəvi dəmir yolu və rayonlararası istiqamətlər üzrə ümumilikdə 73 min 885 nəfər sərnişinə xidmət göstərib.
Bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq, Bakı–Qəbələ–Bakı marşrutu üzrə 8 əlavə reys təyin olunub və 2239 nəfər sərnişin mənzil başına çatdırılıb.
Həmçinin gündəlik qrafik əsasında fəaliyyət göstərən Bakı–Ağstafa–Bakı marşrutu üzrə sərnişin tələbatının təmin olunması məqsədilə hər iki istiqamətdə ümumilikdə 14 əlavə reys təyin olunub və bayram günlərində müvafiq marşrutla 10 416 nəfər sərnişin daşınıb.
Bundan başqa, ADY yanvarın 3-dən etibarən Bakı–Balakən–Bakı marşrutu ilə gecə qatarlarının hərəkətini bərpa edib. Bu istiqamətdə ilk qatarın doluluq səviyyəsinin 90 faizdən çox olması həmin xətt üzrə sərnişindaşımaya yüksək tələbatın olduğunu göstərir. 3, 4 və 5 yanvar tarixlərində bu marşrut üzrə 578 nəfər sərnişinə xidmət göstərilib.
Ümumilikdə tətil günlərində ADY qatarları ilə rayonlararası istiqamətlər üzrə xidmət göstərilən 13 233 nəfər sərnişindən 5686 nəfəri əlavə təyin edilmiş 22 reyslə daşınıb.
Qeyd edilib ki, 2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 8,5 milyon sərnişinə səyahət xidmətləri təqdim edilib. Ardıcıl ikinci ildir ki, ADY xidmət göstərdiyi sərnişinlərin sayını rekord səviyyəyə çatdırıb, belə ki, 2023-cü ildə 7 milyondan çox sərnişin daşınmışdı. 2024-cü ildə həftəiçi bəzi günlərdə sərnişin sayı 37 minə qədər yüksəlib. 2023-cü ildə bu göstərici 30 min idi.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir





















