Azərbaycan və İran sərhəd-keçid məntəqələrinin iş saatlarına baxılır - GÜNDƏLİK 250-YƏDƏK TIR BURAXILACAQ
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) və Dövlət Gömrük Komitəsinin nümayəndələri Culfa, Şahtaxtı, eləcə də İranın Culfa və Poldəşt sərhəd buraxılış məntəqələrinə səfər ediblər.
AYNA-dan bildirilib ki, keçirilən görüşlər zamanı buraxılış məntəqələrində yük nəqliyyat vasitələrinin qəbulu, növbələrin təşkili, yük nəqliyyat vasitələrinin yoxlanılması və sənədlərin rəsmiləşdirilməsi qaydaları ilə yerində tanışlıq olub.
Daha sonra sərhəd-keçid məntəqələrinin buraxılış imkanları, beynəlxalq daşımalarda tətbiq edilən qaydalar haqqında tərəflərin məsul nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb. Azərbaycan daşıyıcılarının İranda üzləşdikləri çətinliklər barədə qarşı tərəfin nümayəndələrinə ətraflı məlumat verilib.
Yük nəqliyyat vasitələrinin mütəmadi yoxlamalara cəlb edilməsinin buraxılış qabiliyyətini ləngitdiyi qeyd edilib. Bildirilib ki, Azərbaycanın sərhəd-gömrük keçid məntəqələrində nəqliyyat vasitələrinin yoxlamaya cəlb edilməsi süni intellekt əsaslı Avtomatlaşdırılmış Risk Analizi Sistemi vasitəsilə həyata keçirilir.
Qeyd edilib ki, Azərbaycan tərəfdə Culfa və Şahtaxtı buraxılış məntəqələrinin infrastrukturu ən yüksək tələblərə cavab verir, nəqliyyat vasitələrinin sürətli yoxlanılmasına imkan verən rentgen qurğuları ilə təchiz olunub. İranın Culfa və Poldəşt sərhəd-keçid məntəqələri rentgen cihazı ilə təchiz edilmədiyindən yüksək risk qrupuna daxil olan nəqliyyat vasitələrinin buraxılması ehtimalı artır. İran tərəfi yaxın zamanda bu cür qurğuların quraşdırılacağını bildirib.
Eyni zamanda, bəzi hallarda Culfada gecə saatlarında İran tərəfinin fəaliyyət göstərməməsi, Şahtaxtı və Poldəştdə 16 saatlıq iş rejiminin olması da buraxılış qabiliyyətinə təsir edən amil kimi qeyd olunub.
Tərəflər qeyd olunan mövzuların qarşılıqlı şəkildə müzakirə edib, iş saatlarına baxılması məsələsi barədə razılığa gəliblər.
Sadalanan çatışmazlıqlar aradan qaldırılandan sonra günlük bir istiqamətdə Şahtaxtı üzrə 150-200, Culfa üzrə 200-250 yük nəqliyyat vasitəsinin buraxıla biləcəyi vurğulanıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
























