Azərbaycanın iri bankına illik 7 faizlə 25 milyon dollar lazımdır - ŞƏRTLƏR, HƏRRACIN TARİXİ
Dollarda olan pulunuz ilə illik 7 faiz qazanmaq fürsəti yarandı. Azərbaycanın ən böyük banklarından biri olan “Kapital Bank” illik faiz dərəcəsi 7% olan 25 milyon dollarlıq istiqrazlar buraxır. İstiqrazlara abunə yazılışı 8 yanvar 2025-ci il tarixindən başlayaraq 22 yanvar 2025-ci il tarixinə kimi 15 təqvim günü ərzində keçiriləcəkdir.29 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin 25 milyon dollarlıq istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. "Kapital Bank” ASC-nin istiqrazları üzrə abunə yazılışı 8 yanvar 2025-ci il tarixindən başlayaraq 22 yanvar 2025-ci il tarixinə kimi 15 təqvim günü ərzində tamamlanacaqdır.
İstiqrazlar üzrə yerləşdirmə 24 yanvar 2025-ci il tarixində baş tutacaqdır.
Tədavül müddəti 7 il olan istiqrazların hər birinin nominal dəyəri 100 ABŞ dolları, sayı 250 min ədəd, illik gəlirlilik faizi 7%, qazancın investorlara (istiqrazları əldə edənlərə) ödənilməsi periodu hər 3 aydan birdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: “Kapital Bank” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2015005153
İstiqrazın növü və forması: Faizli, təmin edilməmiş sənədsiz, adlı
Ticarət üsulu / forması: Kütləvi/ Abunə yazılışı
İstiqrazların sayı: 250 000 ədəd
İlkin ticarət qiyməti: 100 USD
İstiqrazların buraxılış həcmi: 25 000 000 USD
İllik gəlirlilik faizi: 7%
Ödəmə periodu: ildə günlərin sayı 360 (üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə hər 3 (üç) təqvim ayından bir
Tədavül müddəti: 7 il
Ticarətə buraxılma tarixi: 24.01.2025
Anderrayter: “PAŞA Kapital İ.Ş” QSC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
23 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 19 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 4 saat əvvəl
-
17 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
19 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























