Azərbaycanın neft və qaz gəlirlərində böyük azalma
Azərbaycanın neft-qaz sektoruna daxil olan mallar üzrə ixracı 2024-cü ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 7 milyard 232 milyon 63 min dollar və ya 25,4% azalıb.2024-cü ilin 11 ayı ərzində (yanvar-noyabr) Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac 21 milyard 247 milyon 243 min ABŞ dolları təşkil edib.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
2023-cü ilin 11 ayı ərzində Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac 28 milyard 479 milyon 306 min dollar olmuşdu.
Beləliklə, neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac 2024-cü ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 7 milyard 232 milyon 63 min dollar və ya 25,4% azalıb.
QAZ İXRACINDN GƏLİR 40 FAİZDƏN ÇOX AZALIB
O cümlədən, Azərbaycandan xam neft ixracı 1 milyard 795 milyon 547 min dollar və ya 11,9% azalaraq 13 milyard 304 milyon 395 min dollar, təbii qaz ixracı 5 milyard 171 milyon 480 min dollar və ya 40,5% azalaraq 7 milyard 604 milyon 209 min dollar təşkil edib.
Qeyd edək ki, neft və təbii qaz ixracından gəlirlərin azalması 2024-cü ildə dünya bazarlarında qiymətlərin 2023-cü illə müqayisədə aşağı olması ilə əlaqədardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)








