Fuad Nəcəfli Naxçıvanda maliyyə idarəçiliyi ilə bağlı yeni hədəflərdən bəhs edib
"Əgər iki il öncə yerli gəlirlər ümumi büdcənin cəmi 20-25 faizini təşkil edirdisə, bu ilin sonunda bu göstərici 50 faizdən artıq olacaq".Naxçıvan Muxtar Respublikasında keçirilən maliyyə forumunda xüsusi məruzə ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən maliyyə islahatlarının və onların muxtar respublika üçün əhəmiyyətindən bəhs edib.
Fuad Nəcəfli vurğulayıb ki, maliyyə nəzarəti hər bir ölkənin iqtisadi nəzarət sisteminin əsas tərkib hissəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı sürətlə dəyişən qlobal çağırışlara uyğun olaraq yenilənir, dayanıqlı maliyyə sistemi formalaşır. O bildirib ki, həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində Azərbaycanın qeyri-neft sektoru və ixracı sürətlə artır, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşdırılır. Bu proseslər Azərbaycanın qlobal iqtisadi böhranlardan minimal itkilərlə çıxmasını təmin edib.
Naxçıvan Muxtar Respublikasında son iki ildə həyata keçirilən yeni idarəetmə metodları çərçivəsində maliyyə sahəsində ciddi irəliləyişlərə nail olunduğunu qeyd edən Fuad Nəcəfli, büdcə intizamının gücləndirilməsi, yerli gəlirlərin artırılması və dotasiyanın azaldılması istiqamətində görülən işlərdən danışıb. Əgər iki il öncə yerli gəlirlər ümumi büdcənin cəmi 20-25 faizini təşkil edirdisə, bu ilin sonunda bu göstərici 50 faizdən artıq olacaq.
O, həmçinin dövlət satınalmalarının qanunvericiliyin tələblərinə uyğunlaşdırılması sahəsində aparılan sistemli işlərin dövlət vəsaitinin düzgün və səmərəli istifadəsini təmin etdiyini vurğulayıb.
Fuad Nəcəfli çıxışında forumun gələcək üçün yeni maliyyə hədəflərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayacağını və muxtar respublikada dövlət-maliyyə siyasətinin daha effektiv həyata keçirilməsinə töhfə verəcəyini qeyd edib.
Bu forumun nəticələri, maliyyə idarəçiliyi sahəsində görülən işlərin dərinləşdirilməsi və yeni yanaşmaların tətbiqi üçün möhkəm zəmin yaradacaqdır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 8 saat sonra
-
-
8 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
8 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
9 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
9 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 9 saat əvvəl
-
10 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb



























