Azərbaycanda nəqliyyat vasitələrinin sığortalanması sahəsində əhəmiyyətli bir yenilik
Bu gündən elektromobil sahiblərinin mülki məsuliyyət sığortası onlayn qaydada rəsmiləşdirilir. Elektromobillərin onlayn icbari sığortalanması mümkün oldu. Artıq elektromobil sahibləri icbari sığortanı sığorta şirkətlərinin rəsmi veb-səhifələri vasitəsilə onlayn şəkildə sürətli və asan əldə edə bilərlər.
“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortalanmasının asanlaşdırılması və müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə həyata keçirdiyi tədbirləri davam etdirir.
Böronun yaydığı məlumatda bildirilir ki, bu gündən elektromobillərin Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının (AVSMMİS) onlayn qaydada rəsmiləşdirilməsi tətbiq olunur.
Qeyd edilib ki, bu, Azərbaycanda nəqliyyat vasitələrinin sığortalanması sahəsində əhəmiyyətli bir yenilikdir. Elektromobillərin onlayn icbari sığortalanmasının tətbiqi sürücülər üçün bir sıra üstünlüklər yaradır. Artıq elektromobil sahibləri AVSMMİS növü üzrə şəhadətnamələrini sığorta şirkətlərinin rəsmi veb-səhifələri vasitəsilə onlayn şəkildə sürətli və asan əldə edə bilərlər. Sürücülər həmçinin İSB-nin rəsmi veb-səhifəsinə daxil olaraq burada təqdim olunan sığorta şirkətlərinin siyahısından seçim edə və seçdikləri şirkətin rəsmi səhifəsinə birbaşa keçid edərək elektromobilləri üçün onlayn sığorta müqaviləsini rəsmiləşdirə bilərlər.
İSB-nin elektronlaşma sahəsində apardığı islahat tədbirləri sığorta xidmətlərinin ölkəmizdə inkişaf etdirilməsinə, sığortalıların hüquqlarının qorunmasına və sığorta məhsullarına əlçatanlığın təmin olunmasına xidmət edir.
Qeyd edək ki, İSB “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin hüquqlarının qorunması, icbari sığorta sisteminin sabitliyinin və davamlı inkişafının təmin edilməsi istiqamətində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
7 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 17 saat əvvəl
-
21 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
22 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
23 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
