"Azərbaycan manatın məzənnəsini sabit saxlamaqda davam edəcək" - REYTİNQ AGENTLİYİ
“S&P” həmçinin hesab edir ki, 2028-ci ilə qədər manatın ABŞ dollarına qarşı məzənnəsi dəyişməyəcək. "Hökumətin valyuta bazarına mütəmadi müdaxilələri ilə Azərbaycanda dollar/manat nisbətinin 1,70 səviyyəsində saxlayacağını proqnozlaşdırırıq. Bununla belə, karbohidrogen qiymətləri kəskin düşərsə və uzun müddət aşağı qalarsa, hakimiyyətin Mərkəzi Bankın valyuta ehtiyatlarını əhəmiyyətli azalmadan qorumaq üçün məzənnəni tənzimləməyi nəzərdən keçirəcəyini ehtimal edirik"."Biz proqnozlaşdırırıq ki, Azərbaycan manatın məzənnəsini sabit saxlamağa davam edəcək".
Bu barədə "S&P Global Ratings" Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın reytinq qiymətləndirməsində bildirib.
Agentlik 2028-ci ilə kimi manatın məzənnəsinin sabit qalacağını nəzərdə tutur.
Qeyd edilib ki, məzənnənin 1,7 AZN səviyyəsində saxlanılması üçün hökumət valyuta bazarına müntəzəm müdaxilələr edəcək.
Bununla belə, əgər hidrokarbon qiymətləri kəskin şəkildə düşərsə və uzun müddət aşağı səviyyədə qalarsa, hökumət Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının əhəmiyyətli azalmasının qarşısını almaq üçün mübadilə məzənnəsini tənzimləməyi düşünəcək.
S&P qeyd edib ki, manatın ABŞ dollarına “bərkidilməsi” daha çox proqnozlaşdırıla bilənlik təklif edir, lakin Mərkəzi Bankı müstəqil pul siyasəti aparmaq imkanından məhrum edir. Bununla belə, AMB-nin hələ də pul siyasəti ilə bağlı məhdud əməliyyat müstəqilliyi var.
“Daxili depozit dollarlaşması, pandemiyadan əvvəlki 55%-dən 2024-cü ilin oktyabrında 34%-ə qədər azalıb. Manatda yığımların daha cəlbedici olmasını isə milli valyuta depozitlərinə yüksək orta faiz dərəcəsi (8.7%, xarici valyuta depozitləri üçün 2.9% ilə müqayisədə), sabit məzənnə və büdcədən yuxarı neft qiymətləri ilə əlaqələndiririk”- S&P əlavə edib.
© APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























