Naxçıvanda əmlak sahəsində 2024-cü ilin 11 ayı üzrə göstəricilər açıqlanıb
Naxçıvanda daşınmaz əmlakla bağlı elektron müraciətlərin sayı artıb
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən Marja-ya verilən məlumata görə, daşınmaz əmlakla bağlı xidmətlərin elektronlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilib.
2024-cü ilin 11 ayında dövlət xidməti üzrə vətəndaşlardan, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən daxil olmuş elektron müraciətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8 dəfə çoxdur.
Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 55,4 faiz artıb
Cari ilin 11 ayı ərzində dövlət əmlakının səmərəli idarə edilməsinin nəticəsində yeni bağlanmış icarə müqavilələrinin sayının 44 faiz azalmasına baxmayaraq icarədən büdcəyə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,4 faiz artıb.
2024-cü ilin 11 ayı ərzində 210 dövlət əmlakı özəlləşdirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 75 faiz çoxdur.
Naxçıvanda özəlləşdirmədən daxil olan vəsait 39,5 faiz artıb
Naxçıvan Muxtar Respublikasında cari ilin 11 ayı ərzində özəlləşdirmədən cəmi daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 39,5 faiz artaraq 2,6 milyon manat təşkil edib, muxtar respublika büdcəsinə və xüsusi vəsait hesabına daxilolmalar isə 40 faiz artıb.
Cari ilin 11 ayı ərzində 140 hərrac və müsabiqə keçirilib. Hərrac və müsabiqələrin sayının 43 faiz azalmasına baxmayaraq xüsusi vəsait hesabına daxiolmalar 2 dəfə artıb.
Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 3,8 faiz artıb
Cari ilin mart ayından dövlət əmlakının registrinin elektron sistem üzərindən aparılmasına başlanılıb. 406 dövlət müəssisə və təşkilatının balansında olan 4808 daşınmaz əmlaka dair məlumatlar Milli Avtomatlaşdırılmış Əmlak Sisteminə daxil edilib.
2024-cü ilin 11 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın dövlət qeydiyyatı 3,8 faiz, hazırlanmış texniki sənədlərin sayı isə 4,2 faiz artıb.
Cari ilin 11 ayı ərzində daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən daxilolmalar 14,6 faiz, dövlət rüsumu isə 12,4 faiz artıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























