Gədəbəydə “AzerGold” və “R.V. Investment Group Services, LLC ABŞ” arasında görüş keçirilib
“Gədəbəy” saziş sahəsində nəm tullantı anbarının genişləndirilməsi ilə bağlı zəruri sənədləşmə, təhlükəsizlik tədbirlərinin icrası, mədən sahələrinda hasilat və istehsalat fəaliyyəti ilə bağlı digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Gədəbəy rayonunda “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “R.V. Investment Group Services, LLC ABŞ” şirkətinin prezidenti Reza Vəziri, eləcə də hər iki şirkət nümayəndələrinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
QSC-nin yaydığı məlumatda bildirilir ki, görüş tərəflər arasında hasilatın pay bölgüsü haqqında saziş üzrə səlahiyyətlərin icrası çərçivəsində həyata keçirilmiş birgə operativ tədbirlər və qarşıdakı dövrdə icrası nəzərdə tutulan işlərin müzakirəsi məqsədilə təşkil edilib.
Görüşdə saziş üzrə tərəfdaşlıq səlahiyyətlərinin “AzerGold” QSC-yə ötürülməsindən sonra Səhmdar Cəmiyyətinin saziş sahələrində fəaliyyətin beynəlxalq standartlar və qanunvericiliyin tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində çevik hüquqi, təşkilati və texniki dəstəyi qeyd olunub. Bu xüsusda “Gədəbəy” saziş sahəsində nəm tullantı anbarının genişləndirilməsi ilə bağlı zəruri sənədləşmə, təhlükəsizlik tədbirlərinin icrası, mədən sahələrinda hasilat və istehsalat fəaliyyəti ilə bağlı digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müzakirələr çərçivəsində yerin təkindən istifadəyə dair müvafiq dövlət qurumlarından icazə sənədlərinin alınması, torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi, tikintiyə icazə, istehsalatda təhlükəsizlik tədbirləri, yerli icmalarla işin gücləndirilməsi, ətraf mühitin mühafizəsi ilə bağlı məsələlərin daim diqqətdə saxlanılmasının vacibliyi bildirilib, Səhmdar Cəmiyyətinin müvafiq istiqamətlər üzrə təcrübəsi bölüşülüb.
Xatırladaq ki, Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli, 1176-VIQ nömrəli Qanunu ilə “Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 6 saat əvvəl
-
6 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
9 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 18 saat əvvəl
-
22 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
