Qlobal bazarlarda son vəziyyət- GÜNƏ BAXIŞ
Bu həftə bazarların diqqət mərkəzində ABŞ-dan gələn sıx məlumat təqvimi və FED sədri Jerome Pavelin çıxışı olacaq. Cümə günü açıqlanacaq əmək bazarı, xüsusilə də, NFP göstəriciləri ABŞ iqtisadiyyatının məşğulluq görünüşü və maaş artımları ilə bağlı əhəmiyyətli ipuçları verəcək. Bundan əlavə, bugün dərc olunacaq ISM xidmət sektorunda PMI məlumatları ABŞ-ın iqtisadi fəaliyyəti haqqında əhəmiyyətli siqnallar verəcəkdir.
FED-in dekabrda 25 bəndlik faiz endirimi etmə ehtimalı hazırda 66% səviyyəsində qiymətləndirilir. Ancaq, bu gözlənti həftə ərzində gələn məlumatlarla dəyişə bilər. Pavelin bugünə nəzərdə tutulmuş çıxışı da bazarlarda aktivliyi artıra bilər.
ABŞ və BRİCS arasındakı gərginliklə yanaşı, İsrailin Hizbullaha və İranın dəstəklədiyi qruplara qarşı hücumları və Suriyada baş verən hadisələr də qlobal bazarlara təsir göstərə bilər. Yaxın Şərqdə artan gərginlik fonunda investorların təhlükəsiz sığınacaq axtarışları yenidən arta bilər. Bununla belə, mövcud perspektivdə həftənin məlumat trafikini nəzərə alsaq, bu təsirin hələ bazarlarda tam olaraq qiymətləndirildiyini söyləmək olmaz. Bu, bazarların Pavelin çıxışına və ABŞ-dan gələcək iqtisadi məlumatlara fokuslandığını göstərir.
Nəticədə, dolların həftəyə Trampın açıqlamaları və güclü məlumat gözləntiləri ilə müsbət başladığını görürük. Bu həftə açıqlanacaq məlumatların Trampın açıqlamalarına və FED-in proqnozlarına təsir etmə ehtimalı olduğundan, bazarlardakı volatilliyin yüksək qala biləcəyini görə bilərik. Digər tərəfdən, dolların 6 əsas valyuta qarşısında möhkəmlənməsi inkişaf etməkdə olan bazarlarda təzyiqə səbəb olacaq.
Bugün Avrozonada, Almaniyada, İngiltərədə və Amerikada Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri dərc olunacaq. Günün ən önəmli xəbərləri isə, AMB sədri Kristin Laqardın Bakı vaxtı ilə saat 19:30-da, FED sədri Cerom Pavelin saat 22:45-də baş tutacaq çıxışlarıdır.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)






.jpg)






