"TREK SERVİCE ENGİNEERİNG" şirkətinin badam bağına ziyan dəyib
Təsərrüfatlara 100 min manata yaxın aqrar sığorta ödənişi edildiAzərbaycanda dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta çərçivəsində dekabrın 2-də meyvə bağları və sair əkinlər üzrə növbəti böyük məbləğdə ödənişlər həyata keçirilib.
Aqrar Sığorta Fondunun məlumatına görə, ödənişlər Xaçmaz və Quba rayonlarında müxtəlif hadisələr nəticəsində zərər çəkən fermer və təsərrüfatlara edilib.
İlk olaraq Xaçmaz rayonunda yerləşən "TREK SERVİCE ENGİNEERİNG" MMC şirkətinə badam bağına dəyən zərər üzrə 73 768 manat ödəniş edilib.
Rayonun Cığatay kəndində yerləşən "TREK SERVİCE ENGİNEERİNG" MMC şirkətinin badam bağına şaxtavurma nəticəsində böyük zərər dəyib. Bu barədə məlumat aldıqdan sonra Aqrar Sığorta Fondu tərəfindən təsərrüfata ezam edilən ekspertlər zərəri hesablayıb. Nəticədə badam bağlarına dəymiş zərər üzrə rekord məbləğdə - 73 768 manat ödəniş həyata keçirilib. Bu indiyədək Azərbaycanda badam bağına dəymiş zərər üzrə ən böyük sığorta ödənişidir.
Bundan başqa, Xaçmaz rayonunda yerləşən digər təsərrüfatda alça bağına quşların vurduğu zərər üzrə “vəhşi heyvanların hücumu” riski nəticəsində 2 551 manat sığorta ödəniş edilib.
Quba rayonunda isə taxıl sahəsini doğu vurması nəticəsində təsərrüfata dəymiş zərər üzrə 15 420 manat ödəniş edilib. Eyni zamanda taxıl sahəsinə vəhşi çöl donuzlarının hücumu nəticəsində “vəhşi heyvanların hücumu” riski üzrə 1 546 manat ödəniş edilib.
Nəhayət, Quba rayonunda yoluxucu xəstəlikdən tələf olmuş mal-qaraya görə, kiçik təsərrüfata 4 680 manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Sığorta ödənişlərinin təqdim olunması mərasimində fermerlərə bildirilib ki, aqrar sığorta mexanizmi əkin sahələri və heyvandarlıq təsərrüfatlarını çoxsaylı risklərdən qoruyur. Bu risklərə dolu, fırtına, qasırğa, sel-subasma, şaxtavurma (donvurma), leysan, normadan artıq qar yağıntıları, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri və sair hallar aiddir.
Təsərrüfatları belə risklərdən qorumaq üçün ən yaxşı üsul dövlətin dəstəyi ilə sərfəli şərtlərlə təqdim edilən aqrar sığorta mexanizmindən faydalanmaqdır. Mövcud mexanizmə əsasən, sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir, nəticədə fermerlər cüzi ödəniş müqabilində təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilərlər.
Qeyd edək ki, Aqrar Sığorta Fondunun zərər görmüş fermerlərə ödənişləri sürətlə artır. 2024-cü ilin ilk 10 ayında fermer və təsərrüfatlara 4 milyon manat sığorta ödənişi edilib, ilin sonunadək bu məbləğin 6 milyon manatı keçəcəyi gözlənilir. Ümumilikdə isə indiyədək Aqrar Sığorta Fondu tərəfindən fermerlərə 11 milyondan artıq sığorta ödənişi edilib.
Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun asf.gov.az rəsmi internet səhifəsindən və səhifədəki “Bitkiçilik sığortası kalkulyatoru” vasitəsilə əldə etmək mümkündür. Fermerlər həmçinin Fondun 1651 çağrı mərkəzinə zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 11 d. əvvəl
-
-
24 d. əvvəl
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
- 41 d. əvvəl
-
1 saat əvvəl
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
-
2 saat əvvəl
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
1 gün əvvəl
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: ABŞ-nin böyük neft şirkətləri Venesuelada fəaliyyətə başlayacaqlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
OPEC+ neft hasilatını sabit saxlamaq qərarını təsdiqlədi
Venesuela nə qədər neft ehtiyatına malikdir?
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
ABŞ Venesuelanı idarə edəcək
ABŞ-dən Venesuelaya tarixi müdaxilə



























