Bu il Göyçayda 219 hektar sahədə çəltik əkilib

Daha çox narı ilə tanınan Göyçayda tərəvəzçilik də ənənəvi sahələrdən sayılır. Rayondakı istixanalarda yetişdirilən məhsullar təkcə yerli bazarlarda deyil, həm də yaxın və uzaq şəhərlərdə satılır.
Göyçay Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Elçin İsmayılov deyir ki, ümumiyyətlə, Şirvan ərazisi tərəvəzçilik üçün böyük potensiala malikdir: “Amma bizdə yaxşı düyü də yetişir. Vaxtilə Çaxırlı və Kürdşaban kəndlərinin düyüsü adla deyilib”.
Dövlətin son illər aqrar sektora daha çox diqqət ayırması, istehsalçılara güzəştlərin tətbiqi, subsidiyaların ayrılması kənd adamlarında təsərrüfatın bütün sahələrinə, o cümlədən çəltikçiliyə marağı artırıb. Nəticədə bu il Göyçayda 219 hektar sahədə çəltik əkini aparılıb. Müqayisə üçün bildirək ki, rayonda keçən il 60, 2 il əvvəl isə cəmi 45 hektarda çəltik əkilmişdi.
Müsahibimiz deyir ki, çəltik spesifik bitki olduğundan onun heç də hər yerdə normal məhsul verməsi mümkün deyil: “Burada iqlim şəraiti və havadan savayı, vacib amillərdən biri də sudur. Göyçayda isə bu, problem deyil. Rayon ərazisində Göyçay çayı və Şirvan kanalı kimi su mənbələri var. Ona görə biz bu sahəyə xüsusi qayğı ilə yanaşırıq. Harada su problemi varsa, onu həll edirik”.
Rayonun əsasən Mallı-Şıxlı, Müskürlü, Yeni Arx, Çərəkə, Qızılağac, Çaxırlı, Kürdşaban və Alpoud kəndlərində çəltik əkilir. Təkcə Ərəbcəbirli kəndində 125 hektarda çəltik yetişdirilir.
E.İsmayılovun sözlərinə görə, gələn il fermerlər daha çox çəltik əkməyi və yeni sortların yetişdirilməsini nəzərdə tutublar. Rayon üçün yeni sayılan sortlardan söz düşmüşkən bildirək ki, bu il Müskürlü kəndində bir hektarda Lənkəranın yerli uzun düyüsü əkilib. Məqsəd onun bu torpaqlara nə qədər uyğunlaşmasını müəyyənləşdirməkdir. Nəticə müsbət olacağı halda həmin sahədən götürülən toxum vasitəsilə uzun düyünün əkin sahəsi daha da genişləndiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
