Gələcək nəslin həftədə 3,5 gün işləyəcəyi və 100 ilə qədər yaşayacağı proqnozlaşdırılır
ABŞ-ın iri investisiya bankı və maliyyə xidmətləri şirkəti "JPMorgan Chase"in baş direktoru Ceymi Dimon (Jamie Dimon) süni intellekt texnologiyalarının bizneslərə və işçilərin iş-həyat balansına təsirini qiymətləndirib. Dimon, diqqətin süni intellektin bəşəriyyət üçün yaratdığı təhdid ssenarilərinə deyil, bu texnologiyanın iş dünyasına təmin edəcəyi konkret faydalara yönəldilməli olduğunu bildirib.
Marja.az xəbər verir ki, Dimon müsahibəsində, JPMorgan-da minlərlə işçinin süni intellektdən fəal şəkildə istifadə etdiyini vurğulayıb. Texnologiyanı "canlı, nəfəs alan bir şey" olaraq xarakterizə edən Dimon, süni intellektin səhvlərin qarşısının alınması, ticarət əməliyyatları, araşdırma və risklərin idarə edilməsi kimi müxtəlif sahələrdə istifadə edilə biləcəyini ifadə edib.
Dimon proqnozlaşdırır ki, süni intellekt biznes proseslərini avtomatlaşdırmaqla iş həftəsini əhəmiyyətli dərəcədə azalda bilər. Mövcud karyera normalarına ciddi riayət etməsi ilə tanınan Dimon, texnologiyanın təmin etdiyi məhsuldarlığın artması sayəsində gələcəkdə işçilərin həftədə 3,5 gün işləyə və 100 il yaşaya biləcəklərini proqnozlaşdırır.
Süni intellekt və məşğulluğun gələcəyi
Süni intellektin gətirdiyi imkanlarla yanaşı, bəzi narahatlıqlar da var. "Goldman Sachs" hesab edir ki, bu texnologiya təxminən 300 milyon işi təhdid edə bilər və Amerika işçi qüvvəsinin dörddə biri işlərini itirməkdən qorxur. Dimon isə bu vəziyyətə daha geniş prizmadan baxır. Texnologiya inkişafın tarix boyu ictimai həyatı dəyişdirdiyini qeyd edən Dimon, "İnsanların dərindən nəfəs alması lazımdır. Texnologiya hər zaman iş yerini alıb, eyni zamanda həyat standartlarını da artırıb",- deyib.
McKinsey tərəfindən dərc edilən hesabat da bu qiymətləndirməni dəstəkləyir. Hesabata görə, generativ süni intellekt və digər innovativ texnologiyalar işçilərin vaxtının 60-70 faizini tutan tapşırıqları avtomatlaşdırmaq potensialına malikdir. Bu, hər il qlobal iqtisadiyyata 2,6 trilyon ilə 4,4 trilyon dollar arasında töhfə verə bilər.
Dörd günlük iş həftəsi təcrübəsi
Süni intellektin məhsuldarlığının artırılması iş saatlarında köklü dəyişikliklərə səbəb ola bilər. Kembric Universiteti tərəfindən aparılan araşdırma 4 günlük iş həftəsinin işçilərə müsbət təsirini ortaya çıxarıb. Araşdırmada iştirak edən 61 şirkətin 92%-i bu təcrübəni davam etdirmək qərarına gəlib. Bundan əlavə, işçilərin tükənmişlik səviyyələrində 71 faiz azalma müşahidə edilmişdir.
Ceymi Daymonun bu sahədəki baxışı bizə Con Meynard Keynsin (John Maynard Keynes) 1930-cu ildə yazdığı “Nəvələrimiz üçün iqtisadi imkanlar” adlı məqaləsində irəli sürdüyü uzaqgörənliyi xatırladır. Keyns texnoloji tərəqqinin iş həftəsini 15 saata qədər azaldacağını proqnozlaşdırmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
1 saat əvvəl
Sumqayıt Sənaye Parkında ötənilki satışın yarısı ixraca yönəldilib
-
-
1 saat əvvəl
Yevlax Pilot Aqroparkına investisiya qoyuluşu 60 milyon manata yaxınlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dövlət müəssisələri tərəfindən Maliyyə Nazirliyinə təqdim ediləcək məlumat və hesabat formaları təsdiq edilib
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
Naxçıvanda içməli su ilə təminat subartezian quyular ilə yaxşılaşdırılacaq - 40 QUYU QAZILACAQ, SİYAHI
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
Milli maraqlara zidd olan biznes dövlət tərəfindən alınacaq
Ən çox oxunanlar
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür





















