"Mastercard Azərbaycan" COP29 öncəsi “Dayanıqlı Kartlar” proqramının qlobal icrasını sürətləndirir - FOTO
(®) Azərbaycan dayanıqlı inkişaf məqsədləri istiqamətində, xüsusilə bərpa olunan enerji sahəsinə investisiyalar və dayanıqlı nəqliyyat üçün dövlət və özəl sektor arasında tərəfdaşlıqlarda mühüm addımlar atır, eyni zamanda iqtisadi şaxələnmə və ətraf mühitin qorunmasını təşviq edir.
BMT İqlim Dəyişikliyi Konfransı (COP29) çərçivəsində bu cür təşəbbüslərdən biri 11 noyabr 2024-cü il tarixində Bakıda keçirilib. Təşəbbüs çərçivəsində Azərbaycan şirkətləri ətraf mühitin dayanıqlılığı ilə bağlı təcrübə və təşəbbüsləri inkişaf etdirmək istiqamətindəki öhdəliklərini nümayiş etdiriblər.
Ödəniş şəbəkəsi sahəsində ilk belə addım Mastercard tərəfindən 2023-cü ildə öz şəbəkəsindəki ödəniş kartların istehsalında ilkin istifadə edilən PVC plastiklərinin çıxarılacağını bəyan etməsi ilə atılıb. 2028-ci ilə qədər şəbəkədə istehsal olunan bütün yeni ödəniş kartları təkrar emal edilmiş və ya bioloji mənşəli plastiklərdən, məsələn rPVC, rPET və ya PLA1-dən hazırlanacaq və sertifikatlaşdırma proqramı vasitəsilə təsdiq ediləcək.
Azərbaycanda yerli banklar bu məqsədə daha sürətlə nail olmaq üçün dəstəklənir və 2026-cı ilə qədər Mastercard ödəniş kartlarının hazırlanmasında ilkin istifadə edilən PVC plastiklərdən imtina etmək üzrə öhdələrik götürüblər. Artıq bir neçə bank, o cümlədən PAŞA Bank, Kapital Bank, ABB Bank, ATB, Yelobank, Rabitəbank və Xalq Bank bu təşəbbüsü dəstəkləyəcəyini bəyan edib. Onların iştirakı maliyyə sektorunda ətraf mühitin davamlılığı ilə bağlı təcrübələrin təşviqində vahid yanaşmanı göstərir.
“Mastercard olaraq Azərbaycanda davamlı kart proqramımızı sürətləndirməkdən qürur duyuruq. Bu, ölkənin dayanıqlı inkişaf məqsədlərinə uyğun olmaqla yanaşı, maliyyə sektorunda plastik tullantıların azaldılması və ətraf mühitin dayanıqlılığının dəstəklənməsi istiqamətində öhdəliyimizi nümayiş etdirir,” – deyə Mastercard-ın Türkiyə və Azərbaycan üzrə Baş Direktoru Avşar Gürdal bildirib.
Mastercard-ın “Dayanıqlı Kartlar” proqramı şirkətin dayanıqlılığı öz fəaliyyətinin əsas elementi kimi inkişaf etdirmək məqsədinin bir hissəsidir. Bu proqram, həm şirkətin karbon və ekoloji izini azaltmağa, həm də tərəfdaşlara və istehlakçılara bu istiqamətdə addımlar atmaq imkanı yaratmağa yönəlib.
Mastercard, eyni zamanda, 2040-cı ilə qədər sıfır karbon emissiyası hədəfinə nail olmağa və “Priceless Planet Coalition” kimi yeni təşəbbüsləri həyata keçirməyə sadiqliyini bəyan edir. Bu təşəbbüs çərçivəsində 100 milyon ağacın bərpasının maliyyələşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, Mastercard-ın “Karbon Kalkulyatoru” kart sahiblərinin xərclərinə əsaslanan təxmini karbon izini öyrənməyi təmin edir. Dayanıqlı İnnovasiya Laboratoriyası isə həm rəqəmsal məhsullar üçün mərkəz, həm də tərəfdaşlarla gələcək həllərin birgə yaradılması üçün platforma rolunu oynayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
16 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
