"ABB-İnvest" COP29 konfransında “yaşıl” investisiyalar mövzusunda təqdimat edib
ABB-İnvest 50 minə yaxın pərakəndə müştərisinə təqdim etdiyi investisiya xidmətlərini 95%-dən çox hissəsinin elektron kommunikasiya kanalı (ABB mobile tətbiqi) üzərindən aparılmasına nail olmuşdur
ABB-İnvest İnvestisiya Şirkəti QSC-nin (ABB-İnvest) nümayəndəsi Elçin Məmmədov 14 noyabr tarixində Bakıda keçirilən BMT-nin COP29 iqlim dəyişiklikləri konfransında “yaşıl” investisiyaların Azərbaycanda mövcud vəziyyəti və perspektivləri mövzusunda təqdimat keçirmişdir.
Şirkətin yaydığı məlumatda bildirilir ki, təqdimat zamanı “yaşıl” maliyyə alətlərinə investisiyaları təşviq etmək üçün ABB-İnvest tərəfindən həyata keçirilmiş tədbirlər, Azərbaycanda “yaşıl” istiqrazların buraxılması və ticarəti üçün mövcud olan potensial, bu sahənin tənzimlənməsi üçün nəzarət orqanı tərəfindən irəli sürülən qanunvericilik təşəbbüsləri, investorlar arasında maariflərindirmənin tədbirlərinin aparılması zərurəti və digər aidiyyəti məsələlər barədə məlumat konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Daha sonra ABB-İnvestin əsas fəaliyyəti prosesində yaranan “karbon izinin” azaldılması üzrə görülmüş işlər, xüsusilə də yerli və xarici bazarda qiymətli kağızların və törəmə maliyyə alətlərinin alışı və satışı zamanı verilən sifarişlərin rəqəmsallaşdırılması layihəsi barədə iştirakçılara geniş məlumat təqdim edilmişdir.
Təqdimat zamanı bildirilmişdir ki, ABB-İnvest 50 minə yaxın pərakəndə müştərisinə təqdim etdiyi investisiya xidmətlərini 95%-dən çox hissəsinin elektron kommunikasiya kanalı (ABB mobile tətbiqi) üzərindən aparılmasına nail olmuşdur ki, bu da kommunikasiyaların səmərələliyinin artırılması ilə yanaşı kağız sərfiyyatının kəskin azalmasına şərait yaratmışdır.
“Yaşıl” investisiya alətlərinə gəldikdə, konfrans iştirakçılarına bildirilmişdir ki, ABB-İnvest artıq iki ilə yaxındır ki öz müştərilərinə ABŞ fond birjalarında ticarət olunan, alternativ enerji mənbələrinin istifadəsi və ətraf mühitin çirkləndirilməsinin qarşısını alan texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərin səhmlərinə və istiqrazlarına investisiya edən fondların paylarına (yaşıl “ETF”) sərmayə etmək imkanları yaratmışdır.
Bundan əlavə, konfrans iştirakçıların diqqətinə çatdırılmışdır ki, ABB-İnvest hazırda “yaşıl” istiqrazların pərakəndə investorlara kütləvi satışı üçün zəruri resurslara, geniş investor bazasına, qiymətli kağızların kütləvi təklif edilməsi üzrə təcrübəyə və infrastruktura malikdir və bunları bu növ istiqrazların buraxılışı üçün aktiv istifadə etməyi planlaşdırır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 10 saat əvvəl
-
10 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
13 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
