10 ayda 12 minə yaxın kommersiya qurumu dövlət qeydiyyatından keçib
Vergi ödəyicilərinin sayı 5,6 faiz artıb2024-cü il noyabr ayının 1-nə respublika üzrə uçotda olan 1.583.592 vergi ödəyicisinin 87,1 faizi fiziki şəxslər, 12,9 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin sayı 5,6 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,4 faiz, hüquqi şəxslərin sayı isə 7,3 faiz artıb. Təhlil aparılan dövrdə vergi ödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,9 faiz olub.
2024-cü il noyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 187.674 vahid təşkil edib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artıb. Yanvar-oktyabr aylarında 11.670 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,3 faizi yerli investisiyalı, 10,7 faizi xarici investisiyalıdır. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 82,8 faizi elektron qaydada, 17,2 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. Kommersiya qurumlarının 9.658-i elektron qaydada qeydiyyatdan keçib ki, onlardan 7.841-i Asan İmza, 1.783-ü finkod+mobil üsulu, 34-ü isə “SİMA” rəqəmsal imza vasitəsilə müraciətlər əsasında qeydiyyatdan keçib.
2024-cü il noyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 39.399 vahid təşkil edərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,2 faiz təşkil edib.
2024-cü il noyabr ayının 1-nə aktiv kommersiya qurumlarının sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,8 faiz artıb.
Naxçıvanda kommersiya qurumlarının 83 faizi elektron qaydada qeydiyyata alınıb
2024-cü ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 5.814 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Onların 5.568-i fiziki şəxslər, 246-sı isə hüquqi şəxslər və digər təşkilatlar olub. Qeydiyyata alınmış vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz artıb.
Bu ilin 10 ayı ərzində kommersiya qurumlarının 83 faizi elektron qaydada, 17 faizi isə kağız daşıyıcısında müraciətlər əsasında qeydiyyata alınıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
14 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib

























