Beynəlxalq konsaltinq şirkəti Deloitte COP29-da böyük heyətlə təmsil olunur - FOTO
Heyətin məqsədi Deloitte-un dayanıqlı maliyyə, enerji keçidləri və iqlim davamlılığına töhfə verən qabaqcıl texnologiyalar sahəsindəki həllərini təqdim etməkdir
Deloitte, 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 29-cu Tərəflər Konfransında (COP29) qlobal liderlər, siyasətçilər və innovatorlarla bir araya gəlməkdən qürur duyur.
Marja xəbər verir ki, bu barədə beynəlxalq konsaltinq şirkətinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, bu sammitdə, Azərbaycanın ev sahibliyi etdiyi tədbirdə dünyanın ən böyük peşəkar xidmətlərini göstərən şirkətlərdən biri olan Deloitte, Türkiyə, Almaniya, ABŞ, Hindistan, Yeni Zelandiya, Niderland kimi ölkələrdən olan ekspertlərdən ibarət böyük bir heyətlə təmsil olunur. Heyətin məqsədi Deloitte-un dayanıqlı maliyyə, enerji keçidləri və iqlim davamlılığına töhfə verən qabaqcıl texnologiyalar sahəsindəki həllərini təqdim etməkdir.
COP29 həm Azərbaycan, həm də Deloitte üçün iqlim dəyişikliyinə qarşı mübarizə və dayanıqlı inkişaf sahəsində qətiyyətli öhdəliklərini nümayiş etdirmək baxımından vacib bir fürsətdir. Deloitte-un beynəlxalq şəbəkəsini təmsil edən ekspertlər tədbir çərçivəsində karbon azaldılması, yaşıl enerji üçün maliyyələşdirmə imkanlarının genişləndirilməsi və iqlim risklərinin həlli üçün innovativ yanaşmalar kimi əsas mövzularda panel müzakirələri və seminarlarla iştirak edəcəklər.
“COP29 təkcə Azərbaycan üçün deyil, dünya üzrə biznes və hökumətlər üçün də əhəmiyyətli bir dönüş nöqtəsidir,” – deyə Deloitte Azərbaycanın İdarəedici Partnyoru Nuran Kərimov bildirib və əlavə edib: “Deloitte-un aparıcı mütəxəssislərindən ibarət heyətimiz bu mötəbər tədbirdə, daha dayanıqlı bir gələcəyə doğru aparan həlləri müzakirə etməkdən məmnunluq duyur.”
Deloitte-un COP29-da keçirəcəyi tədbirlər və mövzularla bağlı daha ətraflı məlumat üçün Deloitte COP29 Tədbir Səhifəsini ziyarət edin. COP29 çərçivəsində Deloitte pavilyonunda bizi ziyarət edərək daha çox məlumat ala və müzakirələrimizə qoşula bilərsiniz.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 12 saat əvvəl
-
12 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
15 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
