Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
İqtisadiyyat naziri Mikayıl Cabbarovun COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşündə yaşıl iqtisadiyyatın təşviqi sahəsində nəzərdə tutulan layihələr, aşağı karbonlu həllərə keçid istiqamətində əməkdaşlıq, dövlət - özəl tərəfdaşlığını gücləndirilməsini dəstəkləyən təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşüb.
Görüşdə Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ev sahibliyi, qlobal iqlim fəaliyyətində aktiv iştirakı və AYİB-lə müxtəlif istiqamətlər üzrə uğurlu tərəfdaşlığı qeyd edilib. Bildirilib ki, ölkəmizin sosial-iqtisadi inkişaf hədəflərində yaşıl iqtisadiyyatın təşviqi mühüm yer tutur. Görüş zamanı Bankla yaşıl iqtisadiyyat, bərpa olunan və alternativ enerji mənbələrindən istifadə sahəsində birgə fəaliyyətin gücləndirilməsi, dövlət-özəl tərəfdaşlığının dəstəklənməsi, infrastruktur və digər istiqamətlər üzrə layihələrin icrası məqsədilə atılacaq addımlar müzakirə edilib. Əməkdaşlığın enerji sahəsində aşağı karbonlu həllərə keçid istiqamətində şaxələndirilməsinin əhəmiyyəti qeyd edilib. COP29 çərçivəsində Azərbaycan-AYİB tərəfdaşlığını gücləndirəcək platformaların perspektivləri müzakirə edilib.
AYİB-in birinci vitse-prezidenti Yurgen Riqterink Bankın ölkəmizlə səmərəli əməkdaşlığını və COP29 çərçivəsində həyata keçirilən tədbirlərin önəmini qeyd edib. Azərbaycanın zəngin iqtisadi potensialının əlaqələrin genişlənməsi üçün perspektivlər yaratdığını və qurumun Azərbaycana dəstəyinin davamlı olacağını bildirib.
Tərəflər Azərbaycan-AYİB əlaqələrinin dayanıqlı inkişaf və səmərəli iqlim fəaliyyəti üçün faydaları, birgə layihələrin perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
2 d. əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
-
- 34 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
1 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
2 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
2 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 24-də gözlənilən hava şəraiti
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
























