"Kartdan-karta" üsulu ilə ödənişləri alan sahibkarları daha hansı böyük risklər gözləyir?
"Bu şəxslər 38% vergi ödəməli olurlar. Xərcləri təsdiq edən sənəd olmadıqda vergi yükü artır".İdeovate Consulting audit şirkətinin direktor-auditoru, Nailə Namazova "kartdan-karta" əməliyyat edən sahibkarları gözləyən böyük risklər haqqında maraqlı məqamlara toxunub.
Müsahibimiz Nailə Namazova belə qeyd edir:
"Bildiyiniz kimi son günlərdə ölkəmizdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə vergi nəzarəti əməliyyatları icra edirlər.Bu yoxlanış nəticəsində də bir çox kiçik sahibkarlar qanunu pozduqları zaman 1000 manatdan 6000 manatadək cərimə olunurlar".
"Bəs bu zaman sahibkarları daha hansı böyük risklər gözləyir?" sualımıza, Nailə xanım bildirdi ki, pərakəndə satışla məşğul olub, dövriyyəsi 200000-dək olan sahibkarlar 2%, dövriyyəsi 200000-dən çox olan sahibkarlar isə 18% vergi ödəyicisi olurlar:
"Bu dövriyyə 200 000 manatı keçdikdə, bir problem yaşanır ki, bu sahibkarların böyük kütləsi sənədsiz məhsul alırlar. Elektron-qaimə sənədləri olmadığı üçün qanuna müvafiq şəkildə bu şəxslər 18% ƏDV vergisini əvəzləşdirə bilmirlər və dövriyyələri 200 000 manatı keçdiyi üçün əlavə olaraq 20% mənfəət vergisi yaranır. Ümumilikdə bu şəxslər 38% vergi ödəməli olurlar. Xərcləri təsdiq edən sənəd olmadıqda vergi yükü artır.
Daha sonra o, belə bir fikir irəli sürdü. Fikirdə qeyd olunurdu ki, biz Dövlət vergi xidmətinə təklif edə bilərik ki, mikro və kiçik sahibkarlar üçün fürsət yaradılsın. Və bu fürsətə əsasən bu sahibkarlar 2024-cü il 31 dekabradək əldə etdikləri sənədsiz malları sənədləşdirə bilsinlər. Beləliklə dövriyyəsi 200 000 manatı keçən kiçik sahibkarlar problemləri həll edə bilsinlər".
İdeovate Consulting audit şirkətinin direktor-auditoru sahibkarlara isə təklif edir ki, bundan sonrakı alışlar zamanı qarşı tərəfdən elektron-qaimə tələb etsinlər. Bununla da illik dövriyyəsi 200 000 manatı keçən sahibkarlar, rahat əvəzləşmə əməliyyatını yerinə yetirə bilsinlər və satdıqları malları xərc olaraq göstərə bilsinlər.
Müsahibənin sonunda isə fikirlərini belə yekunlaşdırdı:
"Hər bir kiçik biznes gələcəkdə böyük biznesə çevrilir. Uğurlu biznes qurmaq istəyirsinizsə, düzgün mühasibat uçotuqurmaq əsas şərtdir. Biz peşəkar şəkildə uçot siyasəti qurulmasını özümüzə prioritet olaraq qəbul edirik".
ƏLAQƏ:
Telefon:+994 10 252 06 51
Sayt: ideovate.az
Ünvan: H.Əliyev pr. 187.C BMS plaza 14-cü mərtəbə
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 2 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
10 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)







.jpg)










.jpg)


