“ACWA Power”in Azərbaycanda “Xızı-Abşeron” KES-in inşasına ayırdığı vəsait açıqlanıb
Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti Azərbaycanda 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) inşasına 238 milyon ABŞ dolları ayırıb.
Bu barədə “Gulf Business” nəşri məlumat yayıb.
“ACWA Power” Azərbaycanda “Xızı-Abşeron” KES-in inşasına 238 milyon ABŞ dolları ayrıldığını elan edib. Elektrik stansiyasının 2026-cı ilin birinci yarısında işə başlaması gözlənilir. Bu, təxminən 300 min ev təsərrüfatını bərpa olunan enerji ilə təmin edəcək, karbon emissiyalarını ildə təxminən 400 min ton azaldacaq”, - məlumatda bildirilib.
Şirkətin məlumatına görə, tam şəkildə “ACWA Power” tərəfindən maliyyələşdiriləcək layihənin dəyəri 286 milyon ABŞ dolları təşkil edir. Bu stansiyanın istifadəyə verilməsi həm də ildə 220 milyon kubmetrə yaxın təbii qaza qənaət etməyə imkan verəcək.
Xatırladaq ki, "Xızı-Abşeron" KES-in təməlqoyma mərasimi 13 yanvar 2022-ci ildə baş tutub. Layihə çərçivəsində hər biri 6 MVt gücündə olan 40 ədəd külək turbin qurğusu quraşdırılacaq. Abşeron rayonunun Pirəkəşkül kəndində 17 külək turbini, Xızı rayonunun Sitalçay kəndində isə ümumi gücü 23 ədəd külək turbininin quraşdırılması planlaşdırılır.
Layihə "build-own-operate" (inşa et–sahib ol–idarə et) prinsipi əsasında həyata keçiriləcək. Layihənin ümumi dəyəri 300 milyon ABŞ dolları, investoru “ACWA Power” şirkətidir. Elektrik stansiyasında illik 1 milyard kilovat/saat elektrik enerjisi istehsal olunacaq, eyni zamanda, 220 milyon kubmetrədək qaza qənaət ediləcək.
Bundan əlavə, 2024-cü ilin may ayının əvvəlində Azərbaycan Energetika Nazirliyi ilə “ACWA Power” şirkəti arasında 200 MVt-lıq Batareya Enerji Saxlanc Sistemi (BESS) layihəsi ilə bağlı İcra Müqaviləsi və 200 MVt-lıq quruda külək enerjisi layihəsi üzrə Çərçivə Müqaviləsi də imzalanıb.
Ümumiyyətlə, Azərbaycan və “ACWA Power” hazırda quruda və dənizdə ümumi gücü 2,5 QVt olan birgə bərpa olunan enerji layihələrini müzakirə edir.
© “Report”
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 3 saat sonra
-
-
13 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
13 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
13 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
14 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 14 saat əvvəl
-
14 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
15 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
























