“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Maliyyə bazarlarında EUR/USD məzənnəsi cümə günü Mario Draqinin çıxışından sonra 1.1959$-a kimi bahalaşsa da, bazar ertəsi yeni həftəyə ucuzlaşma ilə başlayıb. Qiymət 1.1938$-ın altında qalmağa davam edərsə, 1.1900 və 1.1874$-a kimi də ucuzlaşa bilər.
Bu həftənin cümə axşamı Bakı vaxtı ilə saat 13:00-da və cümə günü saat 16:30-da müvafiq olaraq açıqlanacaq, Avrozonanın inflyasiya və ABŞ-ın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatların maliyyə bazarlarında güclü dalğalanmalara səbəb olacağı gözlənilir. Eyni zamanda, Amerika prezidenti D. Trampın yeni vergi siyasəti də bu həftə investorların diqqət mərkəzində olacaqdır.
GBP
Avqusta ayının başlaması ilə ucuzlaşan Funt/Dollar məzənnəsi keçən həftə 1.2888$-a kimi 1% bahalaşmaqla, istiqamətini dəyişib. GBP/USD qiyməti üzrə təhlillər isə onu göstərir ki, qiymət 1.2962$ və 1.3078$-a kimi də bahalaşa bilər.
Bununla yanaşı, bu həftə İngiltərə ilə Avropa Birliyi arasında növbəti, üçüncü “BREKSİT” danışıqları başlayacaq və beləliklə, görüş fonunda tərəflərin açıqlamaları da maliyyə bazarlarında böyük maraqla gözlənilir.
TRY
Türkiyə valyuta bazarlarında Türk lirəsi qiymətinin də sürətlə bahalaşdığı müşahidə edilir. Maliyyə bazarlarında qiymətin əlavə olaraq 3.40TL-ə kimi bahalaşmaqda davam edə biləcəyi gözləntiləri olsa da, qiymətin ilin sonuna doğru istiqamət dəyişərək, 3.55TL-ə kimi ucuzlaşa biləcəyi proqnozları da güclənməkdədir.
OIL
Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti 52$-ın üzərində ticarət edilməkdədir. Gələcək günlər ərzində qiymət 52.80$-a kimi dəyər qazanarsa, artım dalğasının 53.51$-a kimi də sürətlənə biləcəyi proqnozlaşdırılır. ABŞ-da neft ehtiyatlarının avqust ayında da azalması dinamikasının güclənməsi, neft qiymətlərinin bahalaşmasına təsir edən önəmli amillərdəndir.
GOLD
Əlvan metallar bazarlarında da qızılın bir unsiya üzrə qiyməti keçən həftə Janet Yellen və Mario Draqinin çıxışıları fonunda 1295$-a (41.5 $/qram) kimi dəyər qazanıb. Təhlillərə əsasən, maliyyə bazarlarında qızıl qiymətləri 1311$-a (42.1 $/qram) kimi də bahalaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir






















