“BOKT-lar yeni dövrə hazırlaşmalıdır”
Bank Olmayan Kredit Təşkilatları (BOKT) yeni dövrə hazırlaşmalıdır.
Bunu “Azərbaycan Kredit Bürosu”nun icraçı direktoru Elçin Həbibov Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
Onun sözlərinə görə, BOKT-ların banklar qədər geniş imkanları olmasa da, öz baxışları və yanaşmaları var: “Uzun illər ərzində mikromaliyyə sahəsində topladıqları təcrübə bu təşkilatların əsas güclü tərəflərindən biridir və onlar bu təcrübədən istifadə edə bilərlər. Ölkədə bir neçə BOKT müəyyən məhsullar üzrə banklarla rəqabət aparır və bu sahədə tələbat mövcuddur".
E.Həbibov qeyd edib ki, BOKT-lar yeni dövrə hazırlaşmalı, həm investisiya, informasiya texnologiyaları, audit və digər sahələrdə inkişaf etməlidirlər: “Bu, o deməkdir ki, biz qabaqcıl Qərb ölkələrinin təcrübəsinə uyğun irəliləyirik. Burada iki model mövcuddur: BOKT-ların gələcək inkişafı ya məhdud bank kimi fəaliyyət göstərmək, ya da hazırkı formada davam etməkdir. Göründüyü kimi, biz məhdud bank olmaq istiqamətində irəliləyirik".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 53 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib




























