Volvo Azərbaycan COP29 missiyasına tam dəstək verir! - FOTO
(®) Eyni planeti bölüşürüksə, onun qayğısına da birgə qalmalıyıq! Bəli, İsveçin ən qabaqcıl avtomobil şirkəti olan Volvo Cars hələ illər əvvəl məhz bu deviz altında öz sənaye strategiyasını qurmağa başladı.
Volvo şirkəti bu günlərdə paytaxtda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29) missiyasının vacibliyini bütün istehsalat dövrlərində diqqətə almışdır. Qabaqcıl avtomobil şirkətinin nümayəndələri öz hədəfləri arasına ətraf mühit və iqlim üçün təhlükəli sayılan CO2 emissiyasını minimuma endirmək, elektrikli avtomobil istehsalının sayını sürətlə artırmaq yolunu seçmişdir. Bəli, iqlim dəyişikliyi dünyanın sonunu sürətləndirən qlobal problemdir və bu problemin əsas qaynaqlarından biri də CO2 emissiyası ixrac edən avtomobil sənayesidir. Volvo avtomobil industriyası məhz bu yanaşma ilə ağıllı avtomobil istehsalını sürətləndirmiş, atmosfer çirkliliyinin qarşısını almaq üçün 2030-cu ilə qədər model sırasının qismən və tam elektrikli avtomobil istehsalına keçməyi hədəfləmişdir.
Hazırda Volvo, hər avtomobilin payına düşən CO2 emissiyasını 2018-ci illə müqayisədə 40% azaldaraq, ətraf mühitin qorunmasına dəstək göstərir. Şirkət 2030-cu ilə qədər bu göstəricini 70-75%-dək yüksəltməyi hədəfləyir.
Volvo şirkətinin təmsilçiləri ağıllı avtomobil tədarükü ilə ətraf mühitə dost münasibətini təkcə sənədlərlə deyil, istehsal etdikləri elektrikli modelləri ilə də təsdiqləmişlər. Dünyada baş verən iqlim dəyişikliyinin səbəblərindən biri olaraq göstərilən benzin və dizelli avtomobil istehsalı Volvo şirkəti üçün artıq tarixə çevrilmək üzrədir. Şirkət COP29 məqsədlərini dəstəkləyərək bir müddət öncə tam elektrikli kiçik yolsuzluq avtomobilini təqdim etmişdir.Volvo EX30 modeli, Volvo şirkətinin tam elektrikli avtomobil siyasətində atdığı ilk addımlardan biridir. Şirkət 2030-cu ilə qədər bu nümunənin sayını artırmağı və bir-biri ilə yarışacaq mükəmməl avtomobillər istehsal etməyi planlaşdırır. Qeyd edək ki, EX30 avtomobili Volvo-nun bu günə qədər təqdim etdiyi ən aşağı karbon izinə malikdir.
Volvo Cars avtomobil siyasəti dünyanı gözləyən iqlim dəyişikliyi təhlükəsini tam mənası ilə dərk edir və bu təhlükəni dəf etmək üçün təkcə elektrikli avtomobil istehsalı ilə kifayətlənmir. Belə ki, şirkət Dünya İqtisadi Forumu tərəfindən yaradılan First Movers Coalition-a qoşulmaqla mövcud sənayedə karbon emissiyasının faizini minimum həddə endirən şirkətlərlə əməkdaşlıq etdirmişdir. İsveçin SSAB az emissiyalı polad istehsalçı şirkəti ilə əməkdaşlıq bu kimi gələcəyə yönəlmiş sağlam addıma bir nümunədir. COP29 məqsədləri dünyada nəinki iri şirkətləri, ən sadə vətəndaşları belə maraqlandıran, sağlam gələcək naminə düşünülmüş addımdır. Volvo sənaye industriyası da bu istiqamətdə öz üzərinə düşən vəzifəni yerinə yetirir. Şirkət yeni ağıllı texnoloji həllərlə təkcə dünya iqlim dəyişikliyinə və ətraf mühitin çirklənməsinə qarşı çıxmır, o, fərqli yollarla tamamilə yenilənmiş, ənənəvi üsullardan uzaq, istehlakçını tam mənası ilə məmnun edəcək yeni avtomobil modeli ortaya qoyur.
Volvo Cars sentyabr ayında, yeni tam elektrikli premium SUV EX90 modelini təqdim edib. EX90 modeli, Volvo brendinin yeni flaqmanıdır və şirkət üçün təhlükəsizlik, davamlılıq və insanların həyatını asanlaşdıran və daha zövqlü edən insan mərkəzli texnologiyada yeni standartlar müəyyən edən avtomobildir.
Beləliklə, Volvo Cars həm təmiz planet adına mühüm addımlar atmış olur, həm COP29 məqsədlərini dəstəkləyir, həm də tamamilə fərqli, gözoxşayan avtomobillər istehsal edir.
Avtomobil idarə edən hər kəs bir istehlakçıdır. Hər bir istehlakçı sağlam gələcək, təmiz ətraf mühit və təmiz iqlim naminə bir addım atmalıdır. Bu addım çox uzağa getmədən əyləşdiyimiz avtomobildən başlayır. Siz də COP29 missiyasına dəstək olan yeni, tam elektrikli Volvo avtomobillərini seçməklə bu missiyada öz töhvənizi verə bilərsiniz.
Məlumat üçün qeyd edək ki, Volvo avtomobillərinin Azərbaycandakı rəsmi dileri Aral Auto MMC şirkətidir. Seçdiyiniz Volvo modellərinə 3 il və yürüş limiti olmadan zəmanət təklif olunur.
Daha ətraflı:
Ünvan: Babək pr, 61 C
Əlaqə nömrəsi: +994 12 570-11-77
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 46 d. əvvəl
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
2 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
3 saat əvvəl
"Əminəm ki, biz, həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik"
-
13 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaponya iqtisadiyyatı cüzi artıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub



























