Unibank-dan beynəlxalq yaşıl maliyyə standartlarına uyğun ilk istiqrazlar - MÜSAHİBƏ
(®) Ötən həftə Unibank tərəfindən Azərbaycanda beynəlxalq yaşıl maliyyə standartlarına uyğun ilk istiqrazların buraxılışı barədə məlumat yayımlandı. Anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC olan bu istiqrazlar haqqında daha ətraflı informasiya almaq üçün, şirkətin Baş treyderi Röyal Lətifliyə bir neçə sual ünvanladıq.
- Röyal bəy, bu istiqrazların hansı xüsusiyyətləri var?
- İstiqrazların nominal dəyəri 100 AZN, illik faiz dərəcəsi 11,5% olaraq müəyyən edilib. Gəlir ödənişləri isə rüblük olaraq həyata keçiriləcək.
Ən əsası, fiziki şəxslərin bütün komissiya xərclərindən və gəlir vergisindən azad edilməsidir.
Nominal qiymətin əlçatan məbləğdə təyin edilməsi, kiçik həcmdə investisiya etmək istəyənlərin bankın yüksək gəlirli yatırım alətindən yararlanmasına imkan verir. Həmçinin istiqrazlar üzrə kupon ödənişlərinin rüblük əsasda həyata keçirilməsi investorlara faiz gəlirlərini il sonunda deyil, hər 3 aydan bir əldə etmə imkanı yaradır.
Əlavə məlumat və müraciət üçün:https://unicapital.az/unibank-istiqrazlari-apply/
- Bəs beynəlxalq yaşıl maliyyə standartlarına uyğun istiqrazların adi istiqrazlardan fərqi nədən ibarətdir?
- Qeyd etmək istərdim ki, bu Unibank-ın milli valyutada həyata keçirəcəyi üçüncü emissiyadır. Yeni istiqrazların şərtlərindəki ən mühüm yenilik ondan ibarətdir ki, istiqrazlardan əldə ediləcək vəsaitlər yaşıl və sosial prinsiplərə uyğun layihələrin maliyyələşdirilməsinə yönləndiriləcəkdir.
- Unibank istiqrazlarını əldə edən şəxslər hansı üstünlüklərə sahib olacaqlar?
- Əsas üstünlüklərdən biri ondan ibarətdir ki, investorlar tədavül müddətinin 1-ci, 2-ci və ya 3-cü ilinin tamamında istiqrazları nominal dəyəri ilə emitentə geri qaytara biləcəklər.
İnvestorları maraqlandıracaq üstünlüklərdən biri də Unicapital-ın emissiya ediləcək istiqrazlar üzrə marketmeyker qismində çıxış etməsidir. Bu o deməkdir ki, istiqraz sahibləri istənilən zaman satış həyata keçirə, hərracda alış edə bilməyən şəxslər isə təkrar bazardan istiqraz əldə edə biləcəklər.
- Müsahibəyə görə, təşəkkür edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
22 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 18 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 5 saat əvvəl
-
18 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
21 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















