“Rafa Group” şirkəti dövlətdən uşaq bezləri və salfet kağızları müəssisəni aldı - QİYMƏT
Əmlak kompleksi investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib. Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 23-cü km, 8X ünvanında yerləşən əmlak kompleksinin investisiya müsabiqəsi vasitəsilə satışına yekun vurulub. Müsabiqə qalibi 10.800.000 manat həcmində İnvestisiya Proqramının icrasına dair öhdəlik götürüb.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 23-cü km, 8X ünvanında yerləşən əmlak kompleksinin investisiya müsabiqəsi vasitəsilə satışı həyata keçirilib. Müəssisə uşaq bezləri və salfet kağızlarının istehsalı üzrə ixtisaslaşıb.
Marja.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu ilin sentyabr ayında müsabiqə komissiyası tərəfindən iddiaçıların təqdim etdiyi zərflər açılıb, təkliflər qiymətləndirilib və daha əlverişli şərtlər təklif edən “Rafa Group” Məhdud Məsuliyyətli Cəmiyyəti investisiya müsabiqəsinin qalibi elan olunub. "Rafa Group" şirkəti "Mini Boss" uşaq bezlərinin istehalçısıdır.
Müsabiqənin qalibi ilə imzalanmış alqı-satqı müqaviləsinə əsasən, investor dövlət büdcəsinə 15.000.000 manat vəsaiti köçürülməli, 5 il ərzində müəssisədə 10.800.000 manat həcmində İnvestisiya Proqramını icra etməlidir.
Proqram çərçivəsində investor tərəfindən müəssisədə müxtəlif növ bezlər, nəm salfet istehsalının təşkili və bu məqsədlə müvafiq avadanlıqların alınıb quraşdırılması, mövcud tikili və avadanlıqların təmiri, əlavə tikililərin inşası, müəssisənin xammalla təmin edilməsi, nəqliyyat vasitələri və texnikaların alınması planlaşdırılır.
Bununla yanaşı, İnvestisiya Proqramı çərçivəsində müəssisədə ən azı 70 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Turanozbahceci.com saytında verilən məlumata görə, "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti və "Özbahçeci" tərəfindən bir sıra layihələr həyata keçirilir. Belə ki, 2016-cı ildən fəaliyyət göstərməyən "Kağız Məhsulların Emalı" fabriki 2020-ci ilin aprel ayında "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin balansına keçmiş və həmin andan etibarən Korporasiya qeyd olunan fabrikin biznes mühitinə geri qaytarılması istiqamətində aktiv şəkildə fəaliyyətə başlamışdır. Bu məqsəd ilə dövlət və özəl əməkdaşlığı çərçivəsində bir neçə investorlar ilə görüşlər keçirilmiş, aparılan müzakirələr və təhlillər nəticəsində "Özbahçeci" imzası altında "Rafa Group" MMC ilə birgə fəaliyyətin təşkil olunması qərarlaşdırılmışdır.
Fabrikdə uşaq bezi avadanlıqlarının illik istehsal gücü 218 milyon ədəd, salfet avadanlıqlarının illik istehsal gücü isə 428 milyon ədəd təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























