Azərbaycan şirkəti istiqraz buraxılışı yolu ilə 10 milyon manat cəlb edir - ŞƏRTLƏR
"Global Energy Solutions" MMC (GLENSOL) şirkəti istiqraz buraxılışı yolu ilə 10 milyon manat cəlb etməyə hazırlaşır.
Marja.az buraxılışın Emissiya Prospektinə xəbər verir ki, şirkət hər birinin nominal dəyəri 100 manat olan 100 min ədəd faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqraz buraxır.
İstiqrazların tədavül müddəti 2 il, illik faiz dərəcəsi 12%-dir. Faiz gəlirləri investorlara hər 3 aydan bir ödəniləcəkdir.
"Global Energy Solutions" MMC-nin nizamnamə kapitalının 90%-i "Nobel Energy Limitet" şirkətinə (İngiltərə) və 10%-i "Nobel Oil İnvestment (UK) LTD" (İngiltərə) şirkətinə məxsusdur.
"Global Energy Solutions" 2012-ci ildən neft, qaz, enerji və su sahələrində sahə işləri və avadanlıqların təmiri sferasında xidmət göstərir.
30 İyun 2024-cü il tarixində "Global Energy Solutions" MMC 200 milyon 316 min manat cəmi aktivlərə malik olub. Cari ilin birinci yarısında Şirkətin gəlirləri 54 milyon 956 min manat, xalis mənfəəti 6 milyon 414 min manat təşkil edib. Şirkət 2023-cü ilin ilk 6 ayını 36 milyon 437 min manat gəlir, 6 milyon 17 min manat xalis mənfəət ilə bağlamışdı. 30 iyun 2023-cü il tarixində "Global Energy Solutions" MM 140 milyon 569 min manat cəmi aktivlərə malik idi.
Buraxılışın anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" ASC-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
18 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 13 saat sonra
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 9 saat əvvəl
-
23 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























