Azərbaycanda beynəlxalq yaşıl maliyyə standartlarına uyğun ilk istiqraz buraxılır - ŞƏRTLƏR
"Unicapital" dayanıqlı yatırımların inkişafına töhfə vermək məqsədilə kapital bazarında yenilik edərək, investorlara daha təmiz gələcəyə yatırım etmək imkanı yaradır.
Şirkətin yaydığı məlumatda bildirilir ki, yaxın günlərdə “Unibank KB” ASC tərəfindən təqdim edilən yüksək gəlirli manat istiqrazlarının buraxılışı baş tutacaq. Sözügedən qiymətli kağızlar beynəlxalq yaşıl maliyyə standartlarına uyğun olaraq buraxılan maliyyə alətidir.
Faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazların tədavül müddəti 36 ay, nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 11,5%, kupon ödəniş dövrü hər 3 aydan bir, emissiya həcmi isə 20 milyon manat təşkil edir. Həmçinin hər ilin sonunda qiymətli kağızlar nominal dəyəri üzrə emitentə geri satıla bilər.
İstiqrazlar həm fiziki, həm də hüquqi şəxslər tərəfindən əldə oluna bilər. Ekoloji təmiz gələcəyə yatırım etmək istəyən investorlar müraciət üçün linkə keçid edə bilərlər: https://unicapital.az/unibank-istiqrazlari-apply/
Yaşıl istiqraz kimi təsnifatlaşdırıla bilən bu qiymətli kağızlar, Astana Beynəlxalq Maliyyə Mərkəzinin müsbət rəyi(SPO) ilə buraxılır. Qeyd edək ki, bir müddət öncə Unicapital İnvestisiya Şirkəti və Astana Beynəlxalq Maliyyə Mərkəzinin (AIFC) nəzdindəki “Yaşıl Maliyyə Mərkəzi” arasında Referal Saziş imzalanıb.
Hərrac “Unicapital İnvestisiya Şirkəti” ASC-nin anderraytinq dəstəyi ilə Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə (nominal qiymətlə) həyata keçiriləcəkdir. Unicapital marketmeyker qismində çıxış edərək, qiymətli kağızların təkrar bazarda gündəlik alışı və satışı öhdəliyini üzərinə götürür.
Bank istiqrazlarının emissiyasından əldə ediləcək vəsaitlər bərpa olunan enerji mənbələri, çirklənmənin qarşısının alınması, təmiz nəqliyyat, iqlim dəyişikliyi kimi yaşıl, sosial, dayanıqlılıq prinsiplərinə uyğun layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
21 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 16 saat sonra
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 6 saat əvvəl
-
20 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
22 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























