“Bir yeşiyinə 8-10 manat təklif edirlər. Vaxtı çatanda, satışa çıxaracağam”
Ölkənin şimal rayonlarında alma yığımı sürətlənib, lakin təsərrüfatçılar toplanan məhsulu bazara çıxarmağa tələsmirlər.
Bu il alma bağlarında məhsuldarlıq fermerlərin üzünü güldürsə də, satış qiyməti onların ürəyincə deyil.
Bununla belə, yetişmə dövründə havanın normadan artıq rütubətli və yağıntılı keçməsi alma bağlarında bir sıra xəstəliklərin yaranmasına səbəb olsa da, fermerlər o problemi aradan qaldırıblar. Hal-hazırda bağlardan ənənəvi sortlardan sayılan iri ölçülü qırmızı və ağ palment növü yığılır. İkinci mərhələdə, təqribən 15-20 gündən sonra isə xırda almalar dəriləcək.
Qiymətlərə gəldikdə isə bazara çıxarılan Quba almasının qiyməti 50-60 qəpik həddində dəyişir. Təsərrüfatı böyük olan fermerlər bağlardan yığdıqları məhsulu soyuducu anbarlara toplayırlar. Soyuducu kamerada məhsulun 1 tonunu bir ay saxlamaq fermerlərə 40 manata başa gəlir. Kiçik fermerlər isə bu xərci ödəyə bilmədikləri üçün məhsulu öz həyətlərində saxlamalı olurlar.
Şimal bölgəsinin alma bağlarında daha çox məhsuldarlığı ilə seçilən “Qolden” və “Simirenko” sortları yetişdirilsə də, intensiv bağçılıqla məşğul olan bağbanlar isə “Qrani smit”, “Fuji” sortlarına üstünlük verirlər.
Bu il Quba rayonunda ümumilikdə 12 min hektar alma bağı mövcuddur. Ötən il bu bağlardan 110 min ton məhsul tədarük edilib. Cari ildə isə bu məhsulun 10-15 faiz çox olacağı gözlənilir.
Hazırda bölgədə fəaliyyət göstərən emal müəssisələri almanın 1 kiloqramını fermerlərdən cəmi 6 qəpiyə alır. Təbii ki, bu qiymət bağ sahiblərini qane etmir. Mütəxəssislər isə fermerlərə sərfəli müştəri tapmaq üçün yeni bazarların axtarışına çıxmağı tövsiyə edirlər.
Qubalı fermer Cabbar Poladov açıqlamasında toplanan məhsulu satışa çıxarmaq üçün uyğun zamanı gözlədiyini deyib:
“Builki məhsuldarlıq normaldır, ağaclar yaxşı bar gətirib. Bilmirəm havadandır, ya nədəndir, ağaclarda bəzi xəstəliklər yaranıb, almaya qurd düşüb. Müştərilər isə məhsulu elə aşağı qiymətə istəyirlər ki, satmaq sərf etmir. Normalda almanın bir yeşiyi 20 manata olmalıdır, ancaq alıcılar palment növünün bir yeşiyinə 8-10 manat təklif edirlər. Məhsulu saxlamaq üçün soyuducumuz da yoxdur. Ona görə yığılan almanı evə aparıram. Vaxtı çatanda, satışa çıxaracağam”.
Qubadakı soyuducu anbarın əməkdaşı Zamiq Əlibalayev isə artıq meyvə tədarükünə başlandığını bildirib:
“Bir neçə gündür ki, qış üçün tədarük olan meyvələrimiz bazaya çatdırılır. Soyuducu anbarlarımızın texniki vəziyyəti yoxlanılıb, hər şey qaydasındadır, meyvələri qəbul edirik. Gələn ilin may ayına kimi istər Azərbaycan, istərsə də Rusiya bazarlarını keyfiyyətli məhsulla təmin edə biləcəyik”
Quba Dövlət Aqrar İinkişaf Mərkəzi (DAİM) bitkiçilik sektorunun müdiri Tarverdi İsmayılov açıqlamasında alma bağlarına aqrotexniki qulluğu dəyərləndirib:
“Son illər qubalı bağbanlar daha çox müasir, yəni superintensiv bağlar salmaga üstünlük verirlər. Təbii ki, bu da səbəbsiz deyil. Bu bağlarda yetişdirilən meyvə həm məhsuldar olur, həmdə bazarların tələbatını ödəyir.
İntensiv bağların ən üstün fərqi xəstəlik və zərərvericilərə qarşı dözümlü olmasıdır, onların suvarılması və gübrələnməsi də rahatdır. Klassik bağlara nisbətən onlarda bütün aqrotexniki tədbirlərin həyata keçirilməsi çox rahatdır. Bu baxımdan, həmin bağlarda məhsuldarlıq da çox olur”.
© "Report"
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 saat əvvəl
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























