“Banklarda korporativ idarəetmə Standartlarına dair Tövsiyələr” təsdiqlənib

Mərkəzi Bankın İdarə Heyətinin 12 sentyabr 2024-cü il tarixli qərarı ilə “Banklarda korporativ idarəetmə Standartlarına dair Tövsiyələr” təsdiqlənib.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, bu sənəd banklarda korporativ idarəetmə sahəsinin tənzimlənməsi üzrə Mərkəzi Bankın gələcək strateji baxışını əks etdirir. Beynəlxalq korporativ idarəetmə təcrübələri nəzərə alınmaqla hazırlanmış sənədə əsasən Müşahidə Şurasının müstəqil üzvlərinin funksionallığının artırılması, eləcə də onun tərkibində gender müxtəlifliyinin təmin edilməsi tövsiyə olunur.
Həmçinin Müşahidə Şurasının və komitələrinin tərkibinin və fəaliyyətinin qiymətləndirilməsi, bankın Audit və Komplayens funksiyalarının təkmilləşdirilməsi, risk menecmenti çərçivəsində müdafiə xətləri üzrə səlahiyyət bölgüsünün dəqiqləşdirilməsi və şəffaflığın təmin edilməsi üzrə tövsiyələr də qeyd olunub.
Qeyd edək ki, tövsiyələrin əsas məqsədi bank sektorunun səmərəli fəaliyyətini və sabitliyini dəstəkləmək üçün banklarda korporativ idarəetmənin gücləndirilməsi və bankların korporativ idarəetmə çərçivəsinin beynəlxalq standartlara daha da uyğunlaşdırılmasıdır.
“Banklarda korporativ idarəetmə Standartlarına dair Tövsiyələr”i aşağıdakı link üzərindən nəzərdən keçirmək mümkündür:
“Banklarda korporativ idarəetmə Standartlarına dair Tövsiyələr”
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
10 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
- 13 d. əvvəl
- 24 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 12 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Ən çox oxunanlar

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
