Dövlət Agentliyi qiymətli kağızlara 205 milyon manat yatırıb, 11,5 milyon manat gəlir əldə edib
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) 2023-cü ilin sonunda borc qiymətli kağızlarına investisiyaları 205 milyon 282 min manat təşkil edib.
Marja.az xəbər verir ki, ötən il MİDA borc qiymətli kağızlarına investisiyalarını 1 milyon 402 min manat artırıb. 2022-ci ilin sonunda Mənzil İnşaatı Dövlət Agentliyinin borc qiymətli kağızlarına investisiyaları 203 milyon 880 min manat təşkil etmişdi.
Mənzil İnşaatı Dövlət Agentliyi maliyyə gəlirləri hesabına ayaq üstündə durub. Belə ki, Agentlik ötən il 11 milyon 512 min manat maliyyə gəlirləri əldə edib (2022-ci ildə 10 milyon 849 min manat maliyyə gəlirləri əldə etmişdi).
31 dekabr 2023-cü il tarixində Mənzil İnşaatı Dövlət Agentliyi 451 milyon 75 min manat cəmi aktivlərə malik olub. Agentlik 2022-ci ilin sonunda 536 milyon 713 min manat cəmi aktivlərə malik idi. Cəmi aktivlərin azalması dövlət büdcəsindən ayırmaların məbləğinin 70 milyon 197 min manat azalaraq 355 milyon 856 min manatdan 285 milyon 658 min manata geriləməsilə əlaqədardır.
Azərbaycan Prezidentinin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb. Bununla yanaşı, ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, Respublika vətəndaşlarının güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 13 saat sonra
-
- 9 saat sonra
-
7 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
8 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
8 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb












.jpg)








.jpg)




