Qlobal bank Sumqayıt-Yalama dəmir yolunun bərpasına 131,5 milyon dollar kredit ayırdı
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda Şimal-Cənub dəhlizinin əsas hissəsini təkmilləşdirmək və regional əlaqələri gücləndirmək məqsədilə 131,5 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiq edib.
Bu barədə bankdan bildirilib.
Layihənin ümumi dəyəri 160,5 milyon ABŞ dolları təşkil edir ki, bunun da 29 milyon ABŞ dolları Azərbaycan hökumətinin payına düşür. Kredit ADB-nin çevik kredit məhsulu çərçivəsində müəyyən edilmiş faiz dərəcəsi ilə 2 il güzəştli dövr daxil olmaqla 22 il müddətinə veriləcək.
Vəsait Sumqayıt-Yalama hissəsində mülki tikililər və dəmir yolu keçidləri də daxil olmaqla 166 kilometrlik ikixətli magistralın bərpasının tamamlanmasına yönəldiləcək. Bu kredit ölkədə dəmir yolu əməliyyatlarının modernləşdirilməsinə yönəlmiş və 2017-ci ildə təsdiqlənmiş Dəmir Yolu Sektorunun İnkişafı Proqramına əlavə maliyyələşdirmədir.
“Dəmir yolu infrastrukturunun modernləşdirilməsi təhlükəsizliyi və enerji səmərəliliyini artıracaq və nəqliyyat xərclərini azaldacaq. Bundan əlavə, bu, Azərbaycanın Avropa və Asiyanın kəsişməsindəki strateji mövqeyini gücləndirəcək”, - ADB-nin Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov bildirib.
Layihə təkmilləşdirilmiş dəmir yolu və multimodal infrastruktur, eləcə də dəmir yolu sektorunda islahatlar vasitəsilə regional iqtisadi inkişafa töhfə verən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) nəqliyyat strategiyasına uyğundur.
Dəmir Yolu Sektorunun İnkişafı Proqramı çərçivəsində “Azərbaycan Dəmir Yolları” (ADY) QSC 2018-2019-cu illərdə hərtərəfli islahatlar həyata keçirib ki, bu da onun maliyyə vəziyyətinin və idarəetməsinin yaxşılaşdırılmasına kömək edib. 2018-ci ildən 2022-ci ilədək ADY-nin yük daşımalarının həcmi 34 % artaraq 14 milyon tondan 18,7 milyon tona çatıb və bu həcmin 80 %-dən çoxu beynəlxalq və tranzit daşımaların payına düşüb.
ADB Asiya və Sakit Okean regionu üçün iqlim bankı kimi, həmçinin Azərbaycanın 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) sədrliyini dəstəkləyir və tədbirin keçirilməsi üçün ölkənin potensialının artırılmasına kömək edir.
Azərbaycan 1999-cu ildə ADB-ə qoşulandan sonra bank nəqliyyat, enerji, səhiyyə və kənd təsərrüfatı kimi sektorlarda suveren və özəl layihələri dəstəkləmək üçün 5 milyard ABŞ dollarından çox vəsait ayırıb.
1966-cı ildə yaranmış Bankın üzvlüyünə 49-u regiondan olmaqla 68 ölkə daxildir.
© Report
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 16 d. əvvəl
-
- 32 d. əvvəl
- 39 d. əvvəl
-
1 saat əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
3 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir



















