Azərbaycandakı bank Avropa bankı ilə saziş imzalayıb - 15 milyon avroya qədər vəsait ayıracaq
AccessBank yerli kiçik və orta müəssisələrə (KOB) verilən kreditlər üzrə riskin yarısını Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə bölüşəcək. AYİB fərdi kreditlər üzrə riskin 50%-ə qədərini bölüşəcək ki, bu da öz növbəsində AccessBank-a maliyyə resurslarina çıxışı olmayan kiçik bizneslərin kreditləşməsini genişləndirməyə imkan yaradacaq.
AYİB Azərbaycanda yerli tərəfdaş bankla Risk Bölgüsü Mexanizmini yenidən işə salır. Yerli bizneslər 15 milyon avro dəyərində yeni vasitdən faydalanacaqlar. Saziş AccessBank-ın kredit imkanlarının artırılmasını nəzərdə tutur.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) yerli kiçik və orta müəssisələrə (KOB) verilən kreditlər üzrə riskin bölüşdürülməsi məqsədilə AccessBank ilə əməkdaşlıq edərək Azərbaycanda Risk Bölgüsü Mexanizmini (RSF) yenidən bərpa edir.
Bu barədə Marja-ya AccessBank-dan bildirilib.
Qeyd edilib ki, RSF sazişinə əsasən, AYİB AccessBank-a yerli şirkətlərə təqdim edilən kreditlərə dair riskləri bölüşmək üçün 15 milyon avroya qədər vəsait ayıracaq. AYİB fərdi kreditlər üzrə riskin 50%-ə qədərini bölüşəcək ki, bu da öz növbəsində AccessBank-a maliyyə resurslarina çıxışı olmayan kiçik bizneslərin kreditləşməsini genişləndirməyə imkan yaradacaq.
Bundan əlavə, mexanizm AccessBank-a maliyyələşdirmə mənbələrini şaxələndirmək, balans strukturunu yaxşılaşdırmaq və bank sektorunun daha böyük iştirakçıları ilə rəqabət aparmaq imkan verəcək.
AccessBank-ın Baş Ofisində keçirilən imzalanma mərasimində AYİB-ın Türkiyə və Qafqaz üzrə idarəedici direktoru Elisabetta Falcetti bildirib: “Məmnuniyyətlə Bakıda, layihə qrupları ilə birlikdə RSF proqramının bərpasını qeyd edirik. Biz şadıq ki, Azərbaycan bizneslərinin maliyyələşdirilməsini artırmaqla yanaşı, bu saziş AccessBank-a ölkə daxilində KOB-ın səmərəli kreditləşməsi üçün yeni metodllar və nou-hau üsullar əldə etməyə imkan yaradacaq”.
AccessBank-ın İdarə Heyətinin Sədri David Tsiklauri deyib: “Biz fəxrlə qeyd edirik ki, AYİB Azərbaycanda RSF proqramını AccessBank ilə tərəfdaş olaraq yenidən bərpa edib. Biz, AYİB ilə bu əməkdaşlıqdan məmnunuq və inanırıq ki, bu Saziş AccessBank-a KOB-ların maliyyələşdirilməsinin genişləndirilməsi ilə yanaşı sahibkarlığın artımına və Azərbaycanın ümumi iqtisadi inkişafına töhfə vermiş olacaq”.
RSF – AYİB-ın kiçik biznesə dəstək proqramı çərçivəsində özəl sektorun inkişafına hədəflənən strateji təşəbbüsüdür. RSF tərəfdaş banklara dövriyyə kapitalına ehtiyacı olan müəssisələrə ayrılan kreditlər üzrə riski bölüşdürmək imkanı verir ki, bu da öz növbəsində KOB-ların böyüməsinə və daha rəqabətli olmasına kömək edir.
Bu günə qədər AYİB 42 yerli maliyyə institutu ilə əməkdaşlıq edərək, kiçik və orta müəssisələrə ümumi dəyəri 1,07 milyard avrodan çox olan 425-dən çox RSF sub-kreditinin verilməsini təmin edib.
AccessBank Azərbaycanda KOB-lar üzrə ixtisaslaşan və 2002-ci ildən onlara sərfəli maliyyə xidmətləri təklif edən kommersiya bankıdır.
AYİB Azərbaycanın ən böyük institusional investordur. Bank ölkə iqtisadiyyatının şaxələndirilməsini dəstəkləmək üçün 190 layihəyə 3,7 milyard avrodan çox sərmayə ayırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
28 d. əvvəl
"Bu il 71 min unsiyadan bir qədər çox qızıl hasil etməyi planlaşdırırıq "
-
-
57 d. əvvəl
"Bank of Baku"nun istiqrazlarına 601 investordan 682 sifariş - BANK 20 MİLYON MANATI CƏLB EDƏ BİLDİ
-
1 saat əvvəl
Azərbaycan və Qətər Sərmayə Fondu birgə layihələri müzakirə edib
- 1 saat əvvəl
-
2 saat əvvəl
SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı
-
3 saat əvvəl
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Nyu Yorkda görüş keçirilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Spirtin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarəti bu quruma da tapşırıldı
-
3 saat əvvəl
Azərbaycanı Uşaq Avroviziya 2025 mahnı müsabiqəsində Yağmur Nəsrullayeva təmsil edəcək
- 3 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

"Bank of Baku"nun istiqrazlarına 601 investordan 682 sifariş - BANK 20 MİLYON MANATI CƏLB EDƏ BİLDİ

Azərbaycan və Qətər Sərmayə Fondu birgə layihələri müzakirə edib

"Ələtdə istifadəyə veriləcək yeni yük hava limanı Azərbaycanı Avrasiyada əsas logistika mərkəzlərindən birinə çevirəcək"

Sentyabrın 24-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar

2029-cu ilə qədər BƏƏ-nin tikinti sektorunun illik həcmi 130,8 milyard dollara çatacaq

Fond "Basalt Group"ın nizamnamə kapitalında iştirak edəcək, bazalt istehsalına investisiya qoyulacaq

Azercell ilə şəhərdaxili mikromobillikdə yeni mərhələ

Azərbaycan şirkətinin rəhbərinin ideyası əsasında ofis əməkdaşları üçün universal kreslo hazırlanıb

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
